Neft və qaz hasilatı üzrə operator
Date: 26 okt 2026
Location: Bakı, AZ, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
ÜMUMİ MƏLUMATLAR:
Vəzifənin adı: Neft və qaz hasilatı üzrə operator
Kateqoriya: İxtisaslı fəhlə
Dərəcə: 5
Müəssisə: "Azneft" İstehsalat Birliyi
Təşkilat: Ə.C.Əmirov adına NQÇİ
Struktur bölmə: 2 saylı neft və qazçıxarma sahəsi
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Quyu ağzı nəzarət ölçü cihazların təzyiq göstəriciləri barədə qeydlərin aparmaq;
- Quyu ağzı avadanlıqların müvafiq hissəsində (ştok) qaralma və ya qızmanı yoxlamaq;
- Kompressor ilə işləyən quyularda monometrlərə baxmaqla quyu ağzında təzyiqi yoxlamaq;
- EDN quyularında monometrlərə baxmaqla quyu ağzında təzyiqi yoxlamaq;
- Quyularda rejimlərə nəzarət etmək;
- Quyuların texniki və geoloji rejimlərinin dəyişdirilməsində rəhbərlik etmək;
- Neft-mədən avadanlığının işində nəzərə çarpan nasazlıqlar barədə məlumatları vermək;
- Kommunikasiya xətlərinin hermetikliyini yoxlamaq;
- Gündəlik quyuların hasilatının ölçülməsi barədə sahə rəhbərliyinə məlumat vermək;
- Quyularda mancanaq dəzgahının müvafiq hissələrinin sökülməsi və yığılmasını təmin etmək;
- Quyularda nasos-kompressor borularının parafindən mexaniki və kimyəvi üsullarla təmizlənməsini təmin etmək;
- Yüksək təzyiqli buxarla quyuların yerüstü və yeraltı avadanlığımın tənzimlənməsini həyata keçirmək;
- Asqı kəndiri (kanatının) dəyişdirilməsində təzə asqı kanatının balansir başlığına qaldırımasına kömək etmək;
- Reduktorun boltlarının dəyişdirilməsi zamanı qaykanın sıxılması üçün boltun bərk tutulmasını təmin etmək;
- Ötürücü qayışların dəyişdirilməsi zamanı elektrik mühərrikin boltlarının açılmasında və bağlanmasında boltun tutulmasını təmin etmək;
- Reduktorun yağının dəyişilməsində iştirak etmək;
- Travesin və ya balansir yastığının diyircəyinin sıradan çıxması zamanı məlumatlandırmaq;
- Elektrik şitindən mürəkkəb olmayan işlərdə nasazlıqların aradan qaldırmaq;
- Telemexanika qurğularında mürəkkəb olmayan nasazlıqların aradan qaldırmaq;
- Quyuların ətrafının təmiz saxlanılmasına nəzarət etmək.
KVALİFİKASİYA TƏLƏBLƏRİ:
Təhsil: Orta ixtisas təhsili
İxtisas: Müvafiq sahə üzrə
Staj: Tələb edilmir
İŞ REJİMİ:
İş qrafiki: 2 növbəli, 12 saatlıq
1-ci növbə: 08:00-da başlayır, 20:00-da bitir.
2-ci növbə: 20:00-da başlayır, 08:00-da bitir.
Nahar fasiləsi: 12:00–13:00
ƏMƏK HAQQI MƏLUMATLARI:
Əmək haqqı: 4.33 (saatlıq)
Əlavə: Zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşına 4% və faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş verilir.
DİGƏR MƏLUMATLAR:
Tibbi sığorta: Mövcuddur
İş yerinə çatdırılma: Bakı şəhəri "20 yanvar" və "28 May" metrostansiyası və Badamdar qəsəbəsi "Caspian Hospital"-ın yanından iş yerinə çatdırılma mövcuddur.
Qeyd: Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, siz elektron poçt (azneft.ird@socar.az) ünvanına müraciət ünvanlaya, yaxud +994 (12) 521 00 00 / dax. 11 288 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Elektron poçt, faks, teleqram, telefonoqram və digər vasitələrlə təqdim edilən müraciətlər müsabiqədə iştirak üçün əsas hesab edilmir. Elektron poçt vasitəsilə göndərilən CV-lər qəbul olunmur.
Son müraciət tarixi: 28.10.2026
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.