Güc şəbəkəsi və elektrik avad.üzrə el.quraşdırıcısı

Date: 22 okt 2026

Location: Bakı, AZ, AZ

Company: SOCAR

Vakansiyanın təsviri 2 saylı tikinti quraşdırma sahəsi (1 saylı TQB)

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. 

Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcək

 

ÜMUMİ MƏLUMATLAR

Müəssisə:              SOCAR, Neftqaztikinti tresti

Struktur vahidi:    2 saylı tikinti quraşdırma sahəsi  (1 saylı TQB)

Kateqoriya:           İxtisaslı fəhlə

Vəzifənin adı:        Güc şəbəkəsi və elektrik avadanlıqları üzrə elektrik quraşdırıcısı

Dərəcə:                   5

 

 

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

Elektrik təhlükəsizliyi üzrə qaydalara riayət edilməsi

1.Fərdi mühafizə vasitələrindən (FMV) istifadə qaydalarının müəyyənləşdirilməsi.

2.Alov və ətraf mühitin təhlükəsizliyi üzrə prosedurların müəyyənləşdirilməsi.

3.Nərdivan və yüksəklikdə təhlükəsizlik üçün prosedurların müəyyənləşdirilməsi.

4.Cərəyan altında olan elektrik dövrələrinin işləməsi üçün protokolun müəyyənləşdirilməsi.

5.Məhdud məkanda işləyən zaman mühafizə prosedurlarına riayət edilməsi.

6.Elektrik zədələrinə və qəza şoklarına qarşı tədbirlər üzrə prosedurlara riayət edilməsi.

Alətlər, materiallar və işçi komponentlərin müəyyənləşdirilməsi

Yarımstansiyalarda elektrik avadanlıqlarının quraşdırılması

Elektrik avadanlıqlarına texniki xidmət göstərilməsi və təmir işlərinin həyata keçirilməsi

.

 

KVALİFİKASİYA TƏLƏBLƏRİ:

  • Peşə təhsili
  • Müvafiq sahə üzrə peşə təhsili olduqda 2 il,  orta-ixtisas təhsili olduqda 1 il müvafiq sahə üzrə iş təcrübəsi tələb olunur. Müvafiq sahə üzrə ali təhsili olduqda iş təcrübəsi tələb olunmur.
  • Üzmə bacarığı haqqında sənəd tələb olunur.
  • Aşağı və yüksək gərginlikli sahələrdə işləmə üçün icazə vəsiqəsi tələb olunur.

 

  • VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:

Elektrik avadanlıq-qurğularının istismarı

Elektrik avadanlıq-qurğularına baxış

Elektrik avadanlıq-qurğulara qulluq

Elektrik avadanlıq-qurğularının təmiri

Elektrik avadanlıq-qurğularının sökülməsi

 

ƏMƏK HAQQI MƏLUMATLARI:

  • Əmək haqqı:      5.33 azn saatlıq
  • Əlavə ödənişlər:   Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir
  • Zərərli iş şəraitinə görə əlavə 4 faiz ödəniş edilir.

 

DİGƏR MƏLUMATLAR:

  •  Tibbi sığorta:      Təmin edilir
  •   İş rejimi:  Tam iş vaxtı(həftədə 40 saat)

 

Elanın bitmə tarixi: 26.10.2026

 

Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər  aynur.rzayeva@socar.az emailinə və 050 842 51 54 mob.nömrəsinə müraciət ünvanlaya bilərlər. 

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.