Frezerçi
Date: 26 okt 2026
Location: Bakı, AZ, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
ÜMUMİ MƏLUMATLAR
Vəzifənin adı: Frezerçi
Kateqoriya: İxtisaslı fəhlə
Dərəcə: 5
Müəssisə: SOCAR, “Azneft” İstehsalat Birliyi
Təşkilat: "Abşeronneft" Neft və Qazçıxarma İdarəsi
Struktur bölmə: İstismar avadanlıqları sahəsi (quru)
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ
• Universal müxtəlif tipli və konstruksiyalı kopirləyən və uzununa frezləyən dəzgahlarda bir neçə səthlərdə kombinasiyalı bərkiməni və dəqiq yoxlamanı tələb edən mürəkkəb məsul detalların və alətin 6-7 kvalitetlər (2-ci dəqiqlik dərəcəsi) üzrə frezləmək;
• Emal etmək və ölçmək üçün çətin əl çatan yerləri olan mürəkkəb konfiqurasiyalı ştampların, pres qəliblərin və matrislərin xarici və daxili səthlərinin frezerləmək;
• Universal və optiki bölücü başlıqlarda müxtəlif yivlərin və spiralların kəsilməsi, bütün lazimi hesablamaları yerinə yetirmək;
• Unikal avadanlıqlarda mürəkkəb iri qabaritli detalları və qovşaqları frezerləmək;
• Dişli çarxların və dişli reykaların dişlərini 8-ci dəqiqlik səviyyəsi üzrə frezerləmək, o cümlədən çətin emal olan detalların emal olunan yüksək legirlənmiş və hərarətə davamlı metallardan olan detallardan olan detalların emalı üzrə göstərilən işlərin birləşdirilmiş mexaniki plazma emalı metodu ilə yerinə yetirmək.
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR
• Müxtəlif tipli və konstruksiyalı frezer dəzgahlarının, universal və xüsusi tərtibatların konstruktiv xüsusiyyətlərini və dəqiqliyi yoxlama qaydalarını;
• plazmalı qızdırma qurğusunun texniki xarakteristkalarını və istismar xüsusiyyətlərini;
• Detalların qurulma və yoxlanma üsullarını;
• Müxtəlif profilli çarxların, dişli çarxların dişlərinin, çox girişli frezerlərin, vintlərin və spiralların frezerlənməsi zamanı dəyişən həndəsəni, termiki emalı, itiləmə və tamamlama qaydalarını;
• Metalların kəsmə nəzəriyyəsinin əsaslarını;
• Mürəkkəb nəzarət-ölçü alət və cihazların köklənməsi və tənzimlənməsini;
• Soraq kitabçaları və dəzgahın pasportu üzrə rejimlərin müəyyən etmə qaydalarını.
KVALİFİKASİYA TƏLƏBLƏRİ
Təhsil : Tam orta təhsil
İxtisas :
Staj:
Digər:
ƏMƏK HAQQI MƏLUMATLARI
Əmək haqqı: 4.33 AZN (saatlıq)
Əlavə: Əlverişsiz iqlim şəraitində (sahillə quru yol əlaqəsi olduqda) işə görə aylıq tarif (vəzifə) maaşına 40% və faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş verilir.
DİGƏR MƏLUMATLAR
Tibbi sığorta: Təmin olunur
İş yerinə çatdırılma: Zirə və Pirallahı qəsəbələrindən xidməti avtobuslarla iş yerinə çatdırılma təmin olunur.
İş rejimi: 8 saatlıq normal iş rejimi
Sertifikat / vəsiqə / lisenziya:
Qeyd: Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, siz elektron poçt (azneft.ird@socar.az) ünvanına müraciət ünvanlaya, yaxud +994 (12) 521 00 00 / dax. 11 286 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Elektron poçt, faks, teleqram, telefonoqram və digər vasitələrlə təqdim edilən müraciətlər müsabiqədə iştirak üçün əsas hesab edilmir. Elektron poçt vasitəsilə göndərilən CV-lər qəbul olunmur.
Son müraciət tarixi: 28.10.2026
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.