Elektrik qaz qaynaqçısı
Date: 26 okt 2026
Location: Bakı, AZ, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
ÜMUMİ MƏLUMATLAR
Vəzifənin adı: Elektrik qaz qaynaqçısı
Kateqoriya: İxtisaslı fəhlə
Dərəcə: 5
Müəssisə: SOCAR, “Azneft” İstehsalat Birliyi
Təşkilat: "Abşeronneft" Neft və Qazçıxarma İdarəsi
Struktur bölmə: İstismar avadanlıqları sahəsi (quru)
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ
• Yerüstü avadanlıqların təmiri zamanı qaynaq etmək;
• Hava, su və neft xəttlərində korroziya, sınma və deşilməsi zamanı qaynaq etmək;
• Kompressor stansiyalarında maşınların xətlərini qaynaq etmək;
• Nasosxanalarda nasosların yığılmasında qəbul və atkı xətlərini qaynaq etmək;
• Mancanaq dəzgahının qollarının sınması zamanı qaynaq etmək;
• Neft və su çənlərinin çürümə, deşilmə və s. zamanı qaynaq etmək (1000 kub m-dək həcmi olanlar);
• Neft və su kollektorlarında çürümə, deşilmə və duzlaşma zamanı qaynaq etmək;
• Tutumu 5000 kub m-dən çox olan neft çənlərində qaynaq işlərini aparmaq;
• Quyu ağzı avadanlıqların yığılmasını təmin etmək;
• Sərt monifoldun yığılmasında borunun qövsvari kəsilməsi və borulara flənsləri qaynaq etmək;
• İşçi monifoldun yığılmasında borunun qövsvari kəsilməsi və borulara flənsləri qaynaq etmək;
• Sərt və işçi monifoldun sturnalarının qaynaq edilməsi ilə quyu ağzına birləşdirmək;
• Hava, su və neft xətlərinin çəkilməsi zamanı boruları qaynaq etmək;
• Neft və qaz quyularında qaynaq və kəsmə işlərini yerinə yetirmək;
• Yerüstü avadanlıqları çəpərləmək;
• Mancanaq dəzgahının fırlanğıcının ətrafının çəpərlənməsində qaynaq işlərini aparmaq;
• Nasoslarn ətrafının çəpərlənməsində qaynaq işlərini aparmaq;
• Buruqların kranblok meydançalarının çəpərlənməsində qaynaq işlərini aparmaq;
• Nasazlıqların aradan qaldırılması zamanı tələb olunan hündürlükdə işçi meydançasının çəpərlənməsində qaynaq işlərini aparmaq;
• İş yerləriniişdən əvvəl və iş bitdikdən sonra yığışdırmaq;
• ƏM və TT qaydalarınına riayət etmək;
• Göstərilən işlərdən əlavə olaraq ayrı-ayrı işlərin yerinə yetirilməsi zamanı aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etmək;
• Alətlərin işlə vəziyyətdə olduğunu yoxlamaq;
• Elektrod tutucusunun işləkliyini yoxlamaq və ehtiyac yarandıqda təmir etmək və ya yenisi ilə əvəz edilməsi üçün mühəndisə müraciət etmək;
• Kəsicinin işləkliyini yoxlanmaq və ehtiyac yarandıqda təmir edilməsi və ya yenisi ilə əvəz edilməsi üçün mühəndisə müraciət etmək.
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR
• Neft-qaz istismar və xidmət avadanlıq-qurğuların istismarını;
• Neft-qaz istismar və xidmət avadanlıq-qurğuların quraşdırılmasını;
• Neft-qaz istismar və xidmət avadanlıq-qurğularına baxışını;
• Neft-qaz istismar və xidmət avadanlıq-qurğularına qulluğunu;
• Neft-qaz istismar və xidmət avadanlıq-qurğularının təmirini;
• Mexaniki emal işlərini.
KVALİFİKASİYA TƏLƏBLƏRİ
Təhsil: Müvafiq sahə üzrə peşə təhsili
İxtisas
Staj
Digər
ƏMƏK HAQQI MƏLUMATLARI
Əmək haqqı: 4.33 AZN (saatlıq)
Əlavə: Zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşına 8%, əlverişsiz iqlim şəraitində (sahillə quru yol əlaqəsi olduqda) işə görə aylıq tarif (vəzifə) maaşına 40% və faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş verilir.
DİGƏR MƏLUMATLAR
Tibbi sığorta: Təmin olunur
İş yerinə çatdırılma: Zirə və Pirallahı qəsəbələrindən xidməti avtobuslarla iş yerinə çatdırılma təmin olunur.
İş rejimi: 11 saatlıq bir növbəli iş rejimi (quru)
Sertifikat / vəsiqə / lisenziya:
Qeyd: Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, siz elektron poçt (azneft.ird@socar.az) ünvanına müraciət ünvanlaya, yaxud +994 (12) 521 00 00 / dax. 11 286 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Elektron poçt, faks, teleqram, telefonoqram və digər vasitələrlə təqdim edilən müraciətlər müsabiqədə iştirak üçün əsas hesab edilmir. Elektron poçt vasitəsilə göndərilən CV-lər qəbul olunmur.
Son müraciət tarixi: 28.10.2026
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.