Elektrik qaz qaynaqçısı

Date: 19 okt 2026

Location: Bakı, AZ, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

ÜMUMİ MƏLUMATLAR:

Vəzifənin adı: Elektrik qaz qaynaqçısı

Kateqoriya: İxtisaslı fəhlə

Dərəcə: 5

Müəssisə: "Azneft" İstehsalat Birliyi

Təşkilat: Ə.C.Əmirov adına NQÇİ 

Struktur bölmə: İstismar avadanlıqları sahəsi

 

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

•Elektrot tutucusunun işləkliyinin yoxlama və ehtiyac yarandıqda təmir edilməsi və ya yenisi ilə əvəz edilməsi üçün mühəndisə müraciət etmək;

•Kəsicinin işləkliyinin yoxlanması və ehtiyac yarandıqda  təmir edilməsi və ya yenisi ilə əvəz edilməsi üçün mühəndisə müraciət etmək;

•Sərt monifoldun yığılmasında borunun qövsvari kəsilməsi və borulara flənslərin qaynaq edilməsini təmin etmək;

•İşçi monifoldun yığılmasında borunun qövsvari kəsilməsi və borulara flənslərin qaynaq edilməsini təmin etmək;

•Sərt və işçi monifoldun sturnaların qaynaq edilməsi ilə quyu ağzına birləşdirilməsini həyata keçirmək;

•Hava, su və neft xətlərinin çəkilməsi zamanı boruların qaynaq edilməsini təmin etmək;

•Neft və qaz quyularında qaynaq və kəsmə işlərinin yerinə yetirilməsini həyata keçirmək;

•Hava, su və neft xətlərində korroziya, sınma və deşilməsi zamanı qaynağın edilməsini təmin etmək;

•Kompressor stansiyalarında maşınların xətlərinin qaynaq edilməsini həyata keçirmək;

•Nasosxanalarda nasosların yığılmasında qəbul və atkı xətlərinin qaynaq edilməsini həyata keçirmək;

•Mancanaq dəzgahının qollarının sınma zamanı qaynaq etmək;

•Neft və su çənlərinin çürümə, deşilmə və s. zamanı qaynaq edilməsini (1000 kub m-dək həcmi olanlar) təmin etmək;

•Neft və su kollektorlarında çürümə, deşilmə və duzlaşma zamanı qaynaq edilməsini təmin etmək;

•Tutumu 5000 kub m-dən çox  olan neft çənlərində qaynaq işlərinin aparılmasını həyata keçirmək;

•Mancanaq dəzgahının fırlanğıcının ətrafının çəpərlənməsində qaynaq işlərinin aparılmasını həyata keçirmək;

•Nasoslarn ətrafının çəpərlənməsində qaynaq işlərinin aparılmasını təmin etmək;

•Buruqların kranblok meydançalarının çəpərlənməsində qaynaq işlərinin aparılmasını təmin etmək;

•Nasazlıqların aradan qaldırılması zamanı tələb olunan hündürlükdə işçi meydançasının çəpərlənməsində qaynaq işlərinin aparılmasını həyata keçirmək;

•Yerüstü avadanlıqların təmiri zamanı qaynaq edilməsini həyata keçirmək;

•İş yerərinin işdən əvvəl iş üçün hazırlanmasını həyata keçirmək;

•İş yerlərinin işdən sonra yığışdırılmasını həyata keçirmək;

•ƏM və TT qaydalarınına riayət etmək;

•Göstərilən işlərdən əlavə olaraq ayrı-ayrı işlərin yerinə yetirilməsi aşağı dəcəli fəhlənin işinədə rəhbərlik edilməsini həyata keçirmək.

KVALİFİKASİYA TƏLƏBLƏRİ:

Təhsil: Tam orta təhsili

İxtisas:

Staj: Tələb edilmir

Digər: 

ƏMƏK HAQQI MƏLUMATLARI:

Əmək haqqı: 4.33  (saatlıq) 

Əlavə: Zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşına 8% və faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş verilir.

İŞ REJİMİ:

İş qrafiki: 5 gün, 8 saatlıq
İş saatları: 08:00–17:00
Nahar fasiləsi: 12:00–13:00

DİGƏR MƏLUMATLAR:

Tibbi sığorta: Mövcuddur

İş yerinə çatdırılma: Bakı  şəhəri, "20  yanvar" və "28 May" metrostansiyası və Badamdar qəsəbəsi "Caspian Hospital"-ın yanından iş yerinə çatdırılma var.

 

Qeyd: Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, siz elektron poçt (azneft.ird@socar.az) ünvanına müraciət ünvanlaya, yaxud 11 288 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Son müraciət tarixi: 21.10.2026

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.