Elektrik montyoru
Date: 26 noy 2026
Location: Bakı, Bakı, AZ
Company: SOCAR
Elektrik montyoru
“Neft Kəmərləri” İdarəsi Qaradağ İstehsalat Bölümü, Elektrik avadanlıqlarına xidmət sahəsi, 5-ci dərəcəli, Elektrik montyoru peşəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
🔹 Elektrik xətlərinə texniki xidmətin göstərilməsi;
🔹 Elektrik mühərriklərinin təmiri, xidməti və istismarı;
🔹 Güc transformatorlarının təmiri, xidməti və istismarı;
🔹 Elektrik avadanlıqlarının əsaslı təmirə göndərilməsi;
🔹 Kabel xətlərinin təmiri;
🔹 Yağ və vakum açarlarının cari təmiri;
🔹 Torpaqlama sistemlərinin yoxlanması;
🔹 Elektrik mühərrikinin sökülməsi və yastıqlarının dəyişdirilməsi;
🔹 Sahə ərazisindəki elektrik qurğularının yoxlanması, onlara baxış keçirmək və onların düzgün işinin təmini;
🔹 Projektorların sökülməsi, təmiri və yenidən quraşdırılması;
🔹 Elektrik avadanlıqlarının sazlanmasında iştirak və nəzarət;
🔹 Yanğınsöndürmə sistemlərinin avtomatik rejimlərinin yoxlanılmasında iştirak;
🔹 Magistral neft kəmərlərində qəza bərpa işləri zamanı mexanizmlərin enerji təchizatının təmin edilməsi və iş sahəsinin işıqlandırılması;
Namizədə tələblər:
🔹 Elektrik təchizatı istiqaməti üzrə peşə təhsili;
Əmək haqqı və iş şəraiti
ƏÖD:5
Vəzifə (tarif) maaşı: 4.33 saatlıq (693.54 AZN)
Əlavə zərərli: 4%
2 aylıq iş təcrübəsindən sonra aparıcı səlahiyyətlərə görə: 60 AZN
Hər iş günü üçün qidalanma xərci: 5.00 AZN
İş rejimi: Növbəli
Biz nə təklif edirik?
Peşəkar iş mühiti;
Peşəkar inkişaf imkanları;
Tibbi siğorta
İş yeri: Neft Kəmərləri İdarəsi, Qaradağ İstehsalat Bölümü, Qaradağ rayonu, Puta qəsəbəsi, Sovet küçəsi, Bakı, Azərbaycan
Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir.