Böyük mühəndis (müvəqqəti olaraq sosial məzuniyyətdə olan əməkdaşın yerinə)
Date: 14 okt 2026
Location: Bakı, AZ, AZ
Company: SOCAR
SOCAR Baş ofis, Satınalma Kateqoriyalarının İdarə Edilməsi Departamentinin, İT və rabitə avadanlıqlarının satınalması şöbəsində böyük mühəndis (müvəqqəti sosial məzuniyyətdə olan əməkdaşın yerinə) vəzifəsi üzrə vakansiya elan edir.
Qeyd: Müvafiq vəzifə sosial məzuniyyətdə olan əməkdaşın yerinə müvəqqəti olaraq nəzərdə tutulmuşdur.
Əsas vəzifə öhdəlikləri:
🔹 Kateqoriya strategiyalarına və satınalma planlarına uyğun olaraq tender sənədlərini (RFQ, RFP) hazırlamaq;
🔹Təchizatçılarla kommunikasiyanın aparılması, təkliflərin toplanması və ilkin qiymətləndirilməsi daxil olmaqla, tender prosesini əlaqələndirmək;
🔹 Bütün satınalma sənədlərinin tam, düzgün və SOCAR-ın satınalma siyasətlərinə tam uyğun şəkildə hazırlanmasını təmin etmək;
🔹 Xərclərin təhlili, təchizatçıların fəaliyyətinin qiymətləndirilməsi və kateqoriya strategiyalarının hazırlanmasını dəstəkləmək məqsədilə satınalma məlumatlarını toplamaq və təhlil etmək;
🔹 Əməliyyat proseslərində mövcud maneələri müəyyən etmək və proseslərin səmərəliliyinin və şəffaflığının artırılması məqsədilə praktiki təkmilləşdirmə təklifləri vermək;
🔹 Kateqoriya planlarının biznes tələblərinə uyğunluğunu təmin etmək məqsədilə Kateqoriya Menecerləri, texniki bölmələr, maliyyə və hüquq funksiyaları ilə sıx əməkdaşlıq etmək;
🔹 Kateqoriya Menecerlərinə kateqoriya strategiyalarının hazırlanması və yenilənməsi, bazar araşdırmalarının aparılması və yeni satınalma imkanlarının müəyyənləşdirilməsi üzrə dəstək olmaq;
🔹 Kateqoriya planlarının hazırlanması zamanı nəzərə alınması üçün daxili maraqlı tərəflərin kateqoriya üzrə ehtiyacları, texniki spesifikasiyaları və riskləri ilə bağlı məlumatları toplamaq;
Namizədə tələblər:
🔹 İT Mühəndislik, iqtisadiyyat və ya müvafiq istiqamət üzrə bakalavr və ya magistr dərəcəsi ;
🔹 Müvafiq istiqamət üzrə satınalma sahəsində 5 il iş təcrübəsi;
🔹 Müvafiq kateqoriya üzrə yerli və beynəlxalq təchizatçı bazarları haqqında bilik;
🔹 Satınalma transformasiyası, o cümlədən proseslərin optimallaşdırılması layihələrinə dəstək vermək bacarığı;
🔹 Satınalma planlaşdırılması, rəqabətli tenderlərin keçirilməsi, müqavilələrin danışıqlar yolu ilə razılaşdırılması və təchizatçı fəaliyyətinin idarə edilməsi üzrə təcrübə;
🔹 Təyin edilmiş kateqoriya üzrə əsas məhsullar, təchizatçılar və xidmətlər daxil olmaqla, kateqoriyanın xüsusiyyətləri barədə yaxşı anlayış;
🔹 Satınalma qərarlarının lazımi qaydada sənədləşdirilməsini təmin etməklə, müvafiq sənədlərin hazırlanması və uçotunun aparılması üzrə bilik və bacarıqlar;
🔹 CIPS və ya ekvivalent satınalma üzrə sertifikasiyanın olması (və ya müvafiq təlim keçilməsi) arzuolunandır;
🔹 SAP və ya digər analoji ERP sistemləri, satınalma analitikası alətləri, eləcə də elektron satınalma (e-sourcing) alətləri ilə işləmək təcrübəsi;
🔹 Azərbaycan və ingilis dillərini sərbəst bilmək (rus dili arzuolunandır);
🔹 MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı.
Biz nə təklif edirik?
🔹 Peşəkar iş mühiti;
🔹 Peşəkar inkişaf və karyera imkanları;
🔹 Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;
🔹 SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;
🔹 Nəqliyyat xidmətləri.
İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan
Son mürciət tarixi: 21.10.2026