Böyük mühəndis (SƏT üzrə kompetensiyaların inkişafı və idarə edilməsi üzrə)

Date: 19 okt 2026

Location: Bakı, AZ, AZ

Company: SOCAR

SOCAR SƏT üzrə kompetensiyaların inkişafı və idarə edilməsi üzrə böyük mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

 

Əsas vəzifə öhdəlikləri:

🔹 SƏTƏM üzrə kompetensiyaların vahid tələblərə və müvafiq standartlara uyğun inkişafının və idarə edilməsinin təşkilinə, habelə həyata keçirilməsinə nəzarət etmək;

🔹 SƏTƏM sahəsində bilik və bacarıqların artırılması, eləcə də əməkdaşların fərdi inkişafının dəstəklənməsi məqsədilə kouçinq sessiyaları təşkil etmək;

🔹 SƏTƏM üzrə kompetensiyaların inkişafı proqramlarını hazırlamaq, tətbiq etmək və onların effektivliyini qiymətləndirmək;

🔹 Əməkdaşların SƏTƏM üzrə bilik və bacarıqlarının davamlı inkişafını təmin etmək məqsədilə təlim və mentorluq sessiyaları keçirmək;

🔹 SOCAR-ın təlim və inkişaf proseslərinə məsul struktur bölmələri ilə əməkdaşlıq çərçivəsində SƏTƏM üzrə kompetensiyaların inkişafını təmin etmək.

 

Namizədə dair tələblər:

🔹 Texniki və ya idarəetmə ilə əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi;

🔹 SƏT, təlim və ya SƏT kompetensiyaların idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi;

🔹 Strukturlaşdırılmış kompetensiya çərçivələrinin hazırlanması və tətbiqi, təlim ehtiyaclarının təhlili, ISO 45001 standartı və ya digər əməyin təhlükəsizliyinin idarə edilməsi sistemləri, fəaliyyət göstəricilərinin və bacarıqların qiymətləndirilməsi sistemlərinin tətbiqi sahəsində təcrübə;

🔹 ISO 14001 Ətraf Mühitin İdarə Edilməsi Sistemi üzrə bilik və təcrübənin olması üstünlükdür;

🔹 Beynəlxalq SƏTƏM standartları və qabaqcıl təcrübələr haqqında biliklər;

🔹 ISO 45001 standartının tələbləri haqqında biliklər;

🔹 Kompetensiya matrislərinin hazırlanması və idarə edilməsi üzrə təcrübə;

🔹 SƏTƏM strukturları çərçivəsində təlim və inkişaf proseslərinin idarə edilməsi üzrə təcrübə;

🔹 Risk əsaslı təlim planlaşdırılması üzrə biliklər;

🔹 Audit və uyğunluğun qiymətləndirilməsi prinsipləri barədə biliklər;

🔹 SƏTƏM üzrə əsas fəaliyyət göstəriciləri (KPI) və performans monitorinqi mexanizmləri haqqında biliklər;

🔹 Məlumatların təhlili və hesabatların hazırlanması üzrə təcrübə;

🔹 Daxili SƏTƏM təlim materiallarının və kompetensiya çərçivələrinin hazırlanması üzrə təcrübə;

🔹 Təlim proqramlarının hazırlanması və qiymətləndirilməsi üzrə təcrübə;

🔹 Qiymətləndirmə və sertifikatlaşdırma (attestasiya) mexanizmlərinin tətbiqi üzrə təcrübə;

🔹 MS Excel, PowerPoint və digər hesabat alətlərindən istifadə bacarığı;

🔹 Güclü analitik təfəkkür, sistemli düşünmə və strateji planlaşdırma bacarıqları;

🔹 Yüksək kommunikasiya və təqdimat bacarıqları;

🔹 Təlimlərin keçirilməsi və fasilitasiya bacarıqları;

🔹 Dəyişikliklərin idarə edilməsi bacarıqları;

🔹 Komanda işi və koordinasiya bacarıqları;

🔹 Yüksək məsuliyyət və təşkilatçılıq bacarıqları;

🔹 Azərbaycan və ingilis dillərini sərbəst bilmək, mürəkkəb məsələləri aydın və yığcam şəkildə izah etmək bacarığı. Rus dili biliyi üstünlükdür;

🔹 Beynəlxalq sertifikatların olması tələb olunur (NEBOSH IGC və ya ona ekvivalent beynəlxalq sertifikat). “Train the Trainer” sertifikatının olması üstünlükdür.

 

Biz nə təklif edirik?

🔹 Peşəkar iş mühiti;

🔹 Peşəkar inkişaf və karyera imkanları;

🔹 Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;

🔹 Nəqliyyat xidmətləri.

 

Son mürciət tarixi: 26.10.2026