Böyük mühəndis (DEFEKTOSKOPIYA ÜZRƏ)

Date: 7 sen 2026

Location: Bakı, Bakı, AZ

Company: SOCAR

Vakansiya təsviri

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. 

Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcək.

 

 

ÜMUMİ MƏLUMATLAR

 

Müəssisə:              SOCAR, Neftqaztikinti tresti

 

Struktur vahidi:    Qaynaq texnoloji, dağılan və dağılmayan müayinə bölümü

 

Kateqoriya:           aparıcı mütəxəssis

 

Vəzifənin adı:       Böyük mühəndis

 

Dərəcə:                  12

 

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Beynəlxalq standartların tələblərinə uyğun qaynaq tikişlərinin keyfiyyətinə nəzarət prosesini həyata keçirtmək;
• Sifarişlərə, müqavilələrə, işçi layihələrə və texniki tələblərə əsasən defektoskopiya işlərini planlaşdırmaq;
• Sahə üzrə defektoskopçulara verilmiş iş tapşırıqlarının icra olunmasına nəzarət etmək;
• Defektoskopiya işlərinin aparılması üçün müvafiq qaydada işçiləri təlimatlandırmaq;
• Fiziki müayinə üsulları ilə yoxlanılan qaynaq birləşmələrinin nəticəsi haqqında hazırlanan rəyləri yoxlamaq;
• Ay ərzində görülən işlərin ümümi yekun hesabatını hazırlamaq və müvafiq qaydada hesabat vermək;
• Təhlükəsizlik, ekologiya və keyfiyyət sistemlərinin tələblərinə əsasən defektoskopiya sahəsində olan işçilər üçün normal, sağlam və təhlükəsiz iş şəraitinin yaradılmasına, onların görəcəkləri işin spesifikasiyasına uyğun  tikinti sahələrində düzgün yerləşdirilməsinə nəzarət etmək;
• Tikinti və quraşdırma sahələrində qaynaq birləşmələrinin keyfiyyətini müayinə edən defektoskopçuların lazım olan cihaz, avadanlıq vəsaitlər ilə təchiz edilməsi istiqamətində işləri aparmaq;
• Sahə üzrə mövcud olan və yeni alınan cihaz, avadanlıqlardan düzgün istifadə edilməsinə nəzarət etmək.

 

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:

  • Dürüstlük, etik davranış, yaradıcılıq, təqdimetmə,detallara diqqət,dərketmə, işçiləri inkişaf etdirmə, məsuliyyət, nizam-intizam, peşəkarlıq, planlama və təşkiletmə, problem analiz etmə, şifahi özünüifadə, stresin idarə edilməsi,işi təqib etmə, yazılı özünüifadə kimi səriştəliklər tələb olunur.
  • Microsoft Excel, Microsoft Word İT bilikləri tələb olunur.
  • Qaynaq işləri, Qeyri-destruktiv müayinə, Materialların mexaniki sınağı

 

KVALİFİKASİYA TƏLƏBLƏRİ:

  • Ali təhsil (Müvafiq sahə üzrə).
  • Müvafiq ixtisas sahəsi üzrə mütəxəssis vəzifəsində 1 il iş stajı tələb olunur.

 

ƏMƏK HAQQI MƏLUMATLARI:

  • Əmək haqqı:        1212 azn
  • Əlavə ödənişlər:   Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir.

                                       Zərərli əmək şəraitinə görə 8 % miqdarında əlavə ödəniş verilir. 

DİGƏR MƏLUMATLAR:

  •  Tibbi sığorta:      Təmin edilir
  •   İş rejimi:             Tam iş vaxtı(həftədə 40 saat)

 

 

 

Bilməlidir

 

  • Qaynaq birləşmələrinin milli və beynəlxalq standartların normalarına uyğun dağılmayan müayinə üsulları ilə yoxlanılması qaydalarını.
  • Qaynaq birləşmələrinin növlərini, qaynaq qüsurlarının növlərini və yaranma səbəblərini.
  • Dağılmayan müayinə üsullarının prosedur və normativ-texniki sənədlərini.
  • Materialların seçilməsinə, yoxlanılmasına və sərfiyyatına olan tələbləri.
  • Qaynaq qüsurlarının növlərini, siniflərini və onların oxunmasını.
  • Dağılmayan müayinə üsullarında istifadə olunan aparatların iş prinsiplərini və texniki xüsusiyyətlərini.
  • Radiasiya təhlükəsizliyinin tələblərini.
  • Radionuklid və rentgen defektoskopların saxlanması və nəqliyyat vasitəsilə daşınması qaydalarını.
  • Dozimetrik ölçmə qaydalarını.
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydalarını.

 

     Elanın bitmə tarixi : 30.11.2026

 

Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər  aynur.rzayeva@socar.az emailinə və 050 842 51 54 mob.nömrəsinə müraciət ünvanlaya bilərlər. 

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq