Böyük mühəndis (Bakı şəhəri, Tənzimləyici münasibətlər və NİD)
Date: 3 noy 2026
Location: Bakı, AZ, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
Vakansiyanın təsviri:
Vəzifə haqqında məlumatlar
- Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, İdarəetmə aparatı
- Struktur vahidi: Tənzimləyici münasibətlər və normativ idarəetmə departamenti
- Vəzifənin adı: Böyük mühəndis
- Dərəcə (ƏÖD): 15
- Vəzifə maaşı: 2183,00 AZN (vergi və digər ödənişlər daxil olmaqla)
- Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
- İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
- İş yerinin ünvanı: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov 35 ("Azəriqaz" İB-nin inzibati binası)
Vəzifə funksiyaları:
- Birliyin fəaliyyət istiqamətinə aid normativ hüquqi aktların layihələrinin texniki ekspertizasını aparmaq, rəy və təkliflər vermək;
- Daxili normativ sənədlərin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
- Texniki normativ sənədlərin tətbiqi zamanı yaranan problemləri təhlil etmək, metodiki izah və tövsiyələr hazırlamaq;
- Normativ hüquqi akt və digər tənzimləyici sənədlərdə dəyişikliklərin Birliyin fəaliyyətinə təsirini qiymətləndirmək;
- Texniki norma, standart və daxili normativ sənədlərin tətbiq vəziyyətini təhlil etmək və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
- Texniki normativ tənzimləmə sahəsində informativ-analitik və metodiki fəaliyyət həyata keçirmək;
- Daxil olmuş müraciətlərə texniki rəy vermək və zərurət olduqda texniki mübahisələrin araşdırılmasında iştirak etmək;
- Texniki reqlament, standart, norma və qaydaların tətbiqi üzrə metodoloji təminatı həyata keçirmək;
- Əməkdaşların və müvafiq istehlakçıların texniki norma və qaydalar üzrə maarifləndirilməsi, təlimlərin təşkili və peşə biliklərinin qiymətləndirilməsində iştirak etmək;
- Texniki normativ tənzimləmə sahəsində beynəlxalq təcrübəni öyrənmək və aidiyyəti qurumlarla əməkdaşlıq etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
- Rəhbərliyin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək, məxfiliyi qorumaq, peşəkar bilikləri artırmaq və komissiyaların fəaliyyətində iştirak etmək;
- SOCAR tərəfindən təsdiq olunmuş əməyin mühafizəsi üzrə vahid idarəetmə sistemini rəhbər tutmaq.
Bilməlidir:
- Qazdan istifadə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 09 iyul tarixli 206 nömrəli qərarını;
- Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə Qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 19 mart tarixli 85 nömrəli qərarını;
- Qaz təchizatı sisteminə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 22 iyun tarixli 189 nömrəli qərarını;
- Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə AR Tarif (qiymət) Şurasının 2024-cü il 29 dekabr tarixli 18 nömrəli qərarını;
- Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2015-ci il tarixli 1308-IVQ nömrəli qərarını;
- Qaz təsərrüfatında texniki istismar və texniki təhlükəsizlik qaydalarını;
- Sahəsinə uyğun Azərbaycan Respublikasının qanunvericiliyini;
- Texniki normativ tənzimləmə sahəsində beynəlxalq təcrübəni;
- Maliyyə ilə bağlı tarif strukturları və tənzimləyici çərçivələr haqqında anlayışları;
- Təhlil alətlərini və proqram təminatı üzrə bilikləri;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə SOCAR tərəfindən təsdiq olunmuş "Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi"ni.
Təhsil və iş təcrübəsinə dair tələblər:
- Təhsil istiqaməti: Müvafiq sahəsi üzrə ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə 4 il (tənzimləmə, nəzarət, normativ sənədlərlə iş, reqlamentlərin, qaydaların tərtibi) iş təcrübəsi;
- İngilis dili biliyi — yaxşı səviyyədə;
- MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook) — yaxşı səviyyədə;
Digər məlumatlar:
- Tibbi sığorta: Təmin edilir.
- Nəqliyyat: İş yerinə çatdırılma təmin edilmir.
- Son müraciət tarixi: 13.11.2026
- Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az emailinə müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.