Böyük mühəndis (Əmək normalarının işlənməsi şöbəsi)
Date: 10 avq 2026
Location: Bakı, Bakı, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
Böyük mühəndis vəzifəsinə əməkdaş axtarılır.
Vəzifə haqqında məlumatlar:
Müəssisə: SOCAR-ın Əmək şəraiti normalarının işlənməsi İdarəsi
Struktur vahidi: Əmək normalarının işlənməsi şöbəsi
Vəzifənin adı: Böyük mühəndis
Dərəcə: 15
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 121.
Vəzifənin icra etdiyi funksiyalar:
- Müəssisənin təşkilati strukturunun dizayn olunması, əsaslandırılması və optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Struktur bölmələr üzrə optimal işçi sayının müəyyən edilməsi və ştat tərkibinin formalaşdırılması;
- Əmək proseslərinin təhlili, təkmilləşdirilməsi və normalaşdırılması;
- Proseslər üzrə iş vaxtı sərfinin ölçülməsi və vaxt normalarının hesablanması;
- İş yükü analizlərinin və müşahidə-ölçmə işlərinin aparılması;
- İdarəetmə normalarının (span of control) müəyyən olunması;
- Müəssisənin istehsal gücünün (hasilat normalarının) və xidmət normalarının hesablanması;
- Əmək normalarının tətbiqi, monitorinqi və təkmilləşdirilməsi;
- Struktur və ştat dəyişikliklərinin normativ əsaslandırılmasının aparılması;
- Normalaşdırma üzrə hesabatların, analitik arayışların və metodiki materialların hazırlanması;
- Aidiyyəti struktur bölmələri ilə qarşılıqlı əməkdaşlığın təmin edilməsi;
- Normalaşdırma sahəsində qüvvədə olan normativ-hüquqi sənədlərin tələblərinə riayət olunmasının təmin edilməsi.
Vəzifə üzrə işə qəbul tələbləri:
- Ali təhsil (iqtisadiyyat, idarəetmə, insan resurslarının idarəolunması sahələri üzrə);
- Minimum 4 il mütəxəssis və rəhbər vəzifələrdə iş təcrübəsi (əməyin normalaşdırılması, işçi sayının planlaşdırılması, optimallaşdırılması və oxşar sahələr üzrə);
- Əməyin normalaşdırılması metodları və əmək qanunvericiliyi üzrə biliklər;
- Təşkilati dizayn, proses analizi və optimallaşdırılması üzrə biliklər;
- İşçi ehtiyacının müəyyən olunması və işçi qüvvəsinin planlanması üzrə biliklər;
- İş dizaynı və iş axını diaqramlarının hazırlanması (xəritələndirilməsi) üzrə nəzəri və praktiki biliklər;
- Ştat cədvəlinin və ştat vahidlərinin formalaşdırılması üzrə praktiki biliklər;
- MS Excel, Power BI, Visio proqramlarında sərbəst işləmək bacarığı;
- İngilis dili və Rus dili (B1+);
- Analitik düşünmə, hesablamalar aparmaq və nəticələri əsaslandırmaq bacarığı;
- Detallara diqqət, güclü ünsiyyət və təqdimat bacarıqları;
- Məsuliyyətlilik, icra intizamı və komandada işləmək bacarığı.
Güzəştlər və imtiyazlar:
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Güzəştli istirahət imkanı;
- Pulsuz parkinq xidməti.
Uyğun namizədlər müraciət edə bilər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.