Böyük mühəndis (İstehsalat üzrə)
Date: 6 noy 2026
Location: Bakı, Bakı, AZ
Company: SOCAR
Vakansiya təsviri
ÜMUMİ MƏLUMATLAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir.
Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcək
Müəssisə: SOCAR, Neftqaztikinti tresti
Struktur vahidi: 3 saylı tikinti quraşdırma bölümü
Kateqoriya: aparıcı mütəxəssis
Vəzifənin adı: Böyük mühəndis
Dərəcə: 12
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Tikinti və təmir layihələrin icrasını təşkil edilməsi.
- Hesabatların hazırlanması.
- Obyeklər üzrə sənədləşmə işlərinin təşkil edilməsi.
- İşlərin layihə üzrə aparılmasına nəzarət edilməsi.
- Gün ərzində sahələrdən daxil olmuş məlumatların toplanması və təhlil olunması.
- Rəhbərliyin göstərişlərini vaxtında yerinə yetirilməsinin təmin edilməsi.
KVALİFİKASİYA TƏLƏBLƏRİ:
- Ali təhsil (Müvafiq sahə üzrə- Təmir-tikinti üzrə).
- Müvafiq sahə üzrə mütəxəssis vəzifəsində 1 il iş təcrübəsi(Təmir-tikinti üzrə).
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:
- Dürüstlük, etik davranış, mühakimə, dərketmə, məsuliyyət, nizam-intizam, peşəkarlıq, problem analiz etmə, şifahi özünüifadə, işi təqib etmə, yazılı özünüifadə kimi səriştəliklər tələb olunur.
- Microsoft Excel, Microsoft Word İT bilikləri tələb olunur.
- Tikinti-quraşdırma işləri, Təmir və tikinti işləri, Sökmə və quraşdırma işləri, Təmir-tikinti və quraşdırma, Korroziyadan mühafizə üsullarının öyrənilməsi və tətbiqi, Korroziyadan lak-boya örtükləri ilə mühafizə Kompozit materiallarla korroziyadan mühafizə, Hidrotexniki qurğuların tikintisi üzrə bilik və bacarıqlar tələb olunur.
ƏMƏK HAQQI MƏLUMATLARI:
- Əmək haqqı: 1212 azn
- Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir.
DİGƏR MƏLUMATLAR:
- Tibbi sığorta: Təmin edilir
- İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat)
Elanın bitmə tarixi: 10.11.2026
Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər aynur.rzayeva@socar.az emailinə və 050 842 51 54 mob.nömrəsinə müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.