Böyük mühəndis (Özünü-qiymətləndirmə və nəzarət sistemi üzrə)

Date: 19 okt 2026

Location: Bakı, AZ, AZ

Company: SOCAR

SOCAR özünüqiymətləndirmə və nəzarət sistemi üzrə  üzrə böyük mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

 

Əsas vəzifə öhdəlikləri:

🔹 Müəssisə və obyektlərdə özünüqiymətləndirmə və nəzarət sisteminin yaradılması və tətbiqi üzrə ekspert dəstəyi göstərmək;

🔹 Vahid tələblərə uyğun olaraq özünüqiymətləndirmə və nəzarət sisteminin təşkilinə və həyata keçirilməsinə dəstək göstərmək, habelə bu proseslərə nəzarət etmək;

🔹 Əməliyyat sahələrində prosedurların düzgün tətbiqini təmin etmək məqsədilə özünüqiymətləndirmə proseslərini həyata keçirmək və müəyyən edilmiş risk meyarları əsasında uyğunsuzluqların vəziyyətini izləmək;

🔹 Müəssisə və obyektlərdə özünüqiymətləndirmə proseslərinin korporativ tələblərə uyğunluğunu qiymətləndirmək;

🔹 Əməliyyat sahələrində özünüqiymətləndirmə prosesinin müntəzəm auditini həyata keçirmək.

 

Namizədə dair tələblər:

🔹 Müvafiq sahə üzrə bakalavr və ya magistr dərəcəsi;

🔹 Daxili audit, risklərin idarə edilməsi və ya uyğunluğun təmin edilməsi sahəsində minimum 5 il iş təcrübəsi;

🔹 Özünüqiymətləndirmə (özünüyoxlama) proseslərinin yaradılması və tətbiqi, proseslərin və nəzarət mexanizmlərinin qiymətləndirilməsi üzrə təcrübə;

🔹 ISO 45001 standartı və ya digər beynəlxalq idarəetmə sistemləri üzrə bilik və təcrübə;

🔹 Audit yoxlamaları və daxili monitorinq prosesləri üzrə təcrübə;

🔹 Daxili nəzarət mexanizmlərinin hazırlanması və effektivliyinin qiymətləndirilməsi üzrə təcrübə;

🔹 Uyğunluğun təmin edilməsi və etik idarəetmə prinsipləri üzrə dərin biliklər;

🔹 Hesabatlılıq və fəaliyyətin monitorinqi metodologiyaları üzrə biliklər;

🔹 Risk və nəzarət matrislərinin (Risk & Control Matrix – RCM) hazırlanması üzrə təcrübə;

🔹 Proseslərin xəritələndirilməsi üzrə təcrübə;

🔹 Özünüqiymətləndirmə sorğularının hazırlanması və təhlili üzrə təcrübə;

🔹 Audit və monitorinq alətləri ilə işləmək bacarığı;

🔹 Məlumatların təhlili və hesabatların hazırlanması üzrə yüksək səviyyəli bacarıqlar (Excel, MS Power BI və ya digər analitik alətlər);

🔹 Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması üzrə tədbirlərin planlaşdırılması sahəsində təcrübə;

🔹 Güclü analitik və sistemli düşünmə bacarıqları;

🔹 Riskyönümlü yanaşma;

🔹 Yüksək təşkilatçılıq və planlaşdırma bacarıqları;

🔹 Yazılı və şifahi ünsiyyət bacarıqları;

🔹 Müstəqil və obyektiv qərarlar qəbul etmək bacarığı;

🔹 Təlimlərin keçirilməsi və maarifləndirmə bacarıqları;

🔹 Azərbaycan və ingilis dillərini sərbəst bilmək, mürəkkəb məsələləri aydın və yığcam şəkildə izah etmək bacarığı. Rus dili biliyi üstünlükdür;

🔹 Beynəlxalq sertifikatların olması tələb olunur (NEBOSH IGC və ya ona ekvivalent beynəlxalq sertifikat). Risklərin idarə edilməsi və nəzarət üzrə CRMA (Certification in Risk Management Assurance) sertifikatının olması üstünlükdür.

 

Biz nə təklif edirik?

🔹 Peşəkar iş mühiti;

🔹 Peşəkar inkişaf və karyera imkanları;

🔹 Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;

🔹 Nəqliyyat xidmətləri.

 

Son mürciət tarixi: 26.10.2026