Aparıcı iqtisadçı (Enerji sektorunun təhlili üzrə)
Date: 23 noy 2026
Location: Bakı, Bakı, AZ
Company: SOCAR
SOCAR Baş ofis, Enerji sektorunun təhlili şöbəsində aparıcı iqtisadçı vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Qlobal enerji bazarlarındakı tendensiyaları təhlil etmək, yeni inkişaf istiqamətlərini müəyyənləşdirmək və onların SOCAR-ın strateji mövqeyinə təsirlərini qiymətləndirmək;
- Enerji qiymətləri, tələb, təklif və emal marjaları üzrə qısa, orta və uzunmüddətli proqnozlar hazırlamaq, ssenari və həssaslıq təhlilləri aparmaq;
- Proqnozlaşdırma alətləri də daxil olmaqla, ekonometrik və bazar modellərini hazırlamaq, mütəmadi yeniləmək və təkmilləşdirmək;
- Regional və qlobal enerji bazarlarına təsir edən iqtisadi, siyasi və qanunvericilik dəyişikliklərini izləmək, layihə və investisiyaların qiymətləndirilməsi, maliyyə planlaşdırılması və büdcələmə üçün təhlil və tövsiyələr təqdim etmək;
- Bərpa olunan enerji mənbələri və enerji keçidi sahəsindəki yenilikləri izləmək, onların SOCAR-ın uzunmüddətli strategiyasına təsirlərini qiymətləndirmək;
- Bazar təhlillərinin nəticələrini büdcələmə, investisiya planlaşdırılması və strateji inkişaf ssenarilərinə inteqrasiya etmək məqsədilə müvafiq komandalarla əməkdaşlıq etmək;
- Müxtəlif istiqamətlər üzrə fərziyyələrin formalaşdırılmasında və onların strateji qərarlara mümkün təsirlərinin qiymətləndirilməsində iştirak etmək;
- Enerji balansı, tariflər və qiymətqoyma metodologiyalarını təhlil etmək, maliyyə təhlillərində iştirak etmək və metodoloji dəqiqliyi təmin etmək;
- Rəhbərlik üçün yığcam analitik hesabatlar və təqdimatlar hazırlamaq;
- Zərurət yarandıqda analitik müzakirələrdə, qurumlararası işçi qruplarında və xarici tərəfdaşlarla görüşlərdə SOCAR-ı təmsil etmək.
Namizədə tələblər:
- İqtisadiyyat, maliyyə, enerji iqtisadiyyatı və ya əlaqəli ixtisas üzrə bakalavr və ya magistr dərəcəsinə malik olmaq;
- İqtisadi və statistik modellərin qurulması, o cümlədən proqnozların hazırlanması üzrə analitik təhlil bacarıqlarına malik olmaq;
- Müvafiq sahələrdə (enerji sektoru, konsaltinq, bazar təhlili, analitika və s.) 1–3 il iş təcrübəsinə üstünlük verilir;
- Microsoft Excel və statistik/ekonometrik proqram təminatlarından (məsələn, Stata, R, Python, EViews) istifadə bacarığına üstünlük verilir;
- Azərbaycan və ingilis dillərini sərbəst bilmək.
Biz nə təklif edirik?
- Peşəkar iş mühiti;
- Peşəkar inkişaf və karyera imkanları;
- Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;
- SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;
- Nəqliyyat xidmətləri.
İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan
Son müraciət tarixi: 07.12.2026