Aparıcı iqtisadçı (BRP sistemlərinin idarə olunması üzrə)

Date: 30 okt 2026

Location: Bakı, AZ, AZ

Company: SOCAR

 

SOCAR Baş ofis, BRP sistemlərinin idarə olunması şöbəsində aparıcı iqtisadçı vəzifəsi üzrə vakansiya elan edir.

 

Əsas vəzifə öhdəlikləri:

 

  • AR əmək haqqı sahəsinə aid qanunvericilik və biznes proseslərdə dəyişikliklərin sistemdə tətbiq edilməsi; 
  • SAP ERP sistemindən istifadə zamanı yaranan problemlərin həllində istifadəçilərə dəstək göstərilməsi;
  • SAP ERP sistemində cari əməliyyatların işləkliyinin dəstəklənməsi, sistemin fasiləsiz işləməsinin təmin edilməsi;
  • SAP ERP sistemində hesabat formalarının hazırlanması, dəyişdirilməsi, məlumatların təqdim edilməsi;
  • Mövcud əməliyyat proseslərinin (AS-IS) izlənməsi və SAP best practice uyğun optimallaşdırma tədbirlərinin həyata keçirilməsi;
  • Digər sistemlərlə SAP ERP sisteminin inteqrasiyasına dəstək verilməsi;
  • SAP ERP sistemində icra olunan əməliyyatların daxili normativ sənədlərə uyğunluğunun yoxlanılması və risklərin azaldılması üçün nəzarət xarakterli yoxlamaların qoyulması;
  • SAP ERP sisteminin HCM modulu üzrə istifadəçi təlimatlarının hazırlanması;
  • Komanda üzvləri və digər biznes seqmentləri ilə sıx əməkdaşlıq edərək modullararası inteqrasiyanın ardıcıllığının dəstəklənməsi.

 

Namizədə tələblər:

 

  • Maliyyə, iqtisadiyyat, mühasibat uçotu, audit, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür);
  • Mühasibat və vergilər sahəsi üzrə 5 il iş təcrübəsi (ERP sistemləri üzrə tətbiq sahəsində minimum 2 il iş təcrübəsi);
  • AR əmək haqqı sahəsinə aid qanunvericilik, Əmək Məcəlləsi, Vergi Məcəlləsi, normativ-hüquqi aktlar üzrə biliklər;
  • SAP ERP sistemində iş təcrübəsi;
  • SAP ERP sisteminin HCM modulu üzrə biliklər (OM, PA. PY);
  • SAP HCM Əmək haqqı (Payroll) sertifikatı, SAP SuccessFactors sertifikatı, PMS (peşəkar mühasib sertifikatı), DipİFR üstünlük hesab olunur;
  • Azərbaycan və ingilis dillərini sərbəst bilmək.

 

Biz nə təklif edirik?

 

  • Peşəkar iş mühiti;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;
  • SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;
  • Nəqliyyat xidmətləri.

 

İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan

Son müraciət tarixi: 10.11.2026