Böyük iş icraçısı

Date: 6 okt 2026

Location: 4770, AZ

Company: SOCAR

Vakansiyanın təsviri

 

ÜMUMİ MƏLUMATLAR

 

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. 

Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcək.

 

Müəssisə:              SOCAR, Neftqaztikinti tresti

 

Struktur vahidi:    1 saylı tikinti quraşdırma sahəsi (2 saylı TQB)

 

Kateqoriya:           Supervayzer

 

Vəzifənin adı:        Böyük iş icraçısı 

 

Dərəcə:                  13

 

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Obyektlərin təmir və ya tikintisi ilə əlaqədar müvafiq işlərin yerinə yetirilməsi 
  • Magistral boru xətlərinin tikintisinə rəhbərlik edilməsi 
  • Magistral boru xətlərinin təmiri işlərinə rəhbərlik edilməsi 
  • Kompressor stansiyalarında boru birləşmələrinin təmiri işlərinə rəhbərlik edilməsi 
  • Kompressor stansiyaların tikintisinə rəhbərlik edilməsi 
  • Əmtəə çənlərinin tikintisinə rəhbərlik edilməsi 
  • Əmtəə çənlərinin təmirinə rəhbərlik edilməsi 
  • Qızdırıcı sobaların boru birləşmələrinin təmirinə rəhbərlik edilməsi 

 

KVALİFİKASİYA TƏLƏBLƏRİ:

  • Ali təhsil (Müvafiq sahə üzrə- Təmir-tikinti üzrə).
  • Müvafiq ixtisas sahəsi üzrə ali təhsili olduqda 2 il, orta ixtisas təhsili olduqda 5 il müvafiq sahə üzrə iş stajı tələb olunur.

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:

  • Dürüstlük, etik davranış, səlahiyyətvermə, işçiləri inkişaf etdirmə, məsuliyyət, nizam-intizam, peşəkarlıq, planlama və təşkiletmə, problem analiz etmə,qrup liderliyi, şifahi özünüifadə, stresin idarə edilməsi,işi təqib etmə, yazılı özünüifadə kimi səriştəliklər tələb olunur.
  • Microsoft Excel, Microsoft Word İT bilikləri tələb olunur.
  • Təmir və tikinti işləri, layihələrin ekspertizası, tikinti, quraşdırma və təmir-tikinti işlərində istehsalat proseslərinin idarə edilməsi, boru kəmərlərinin tikintisi və təmiri, nasos və kompressor stansiyalarının tikintisi və təmiri, Neft-qaz yığılan və saxlayan qurğuların tikintisi və təmiri üzrə bilik və bacarıqlar tələb olunur.    

 

ƏMƏK HAQQI MƏLUMATLARI:

  • Əmək haqqı:        1344 azn
  • Əlavə ödənişlər:   Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir.

DİGƏR MƏLUMATLAR:

  •  Tibbi sığorta:      Təmin edilir
  •   İş rejimi:             Tam iş vaxtı(həftədə 40 saat)

Bilməlidir

  • Tikinti istehsalatının tәşkili vә texnologiyasını;
  • Tikilmәli obyektlәrin layihәsmeta sәnәdlәrini;
  • Tikinti norma vә qaydalarını;
  • Tikinti quraşdırma işlәrinin aparılması vә qәbuluna qoyulan texniki şәrtlәri;

Elan müddətinin bitmə tarixi: 08.10.2026

 

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.