Böyük hüquq məsləhətçisi
Date: 20 iyl 2026
Location: AZ
Company: SOCAR
Vakansiyanın təsviri
SOCAR Neftqaztikinti tresti
Hüquq şöbəsinin Böyük hüquq məsləhətçisi vəzifəsinə əməkdaş axtarır
Vəzifə haqqında məlumatlar:
Müəssisə: SOCAR-ın Neftqaztikinti tresti
Struktur vahidi: Hüquq şöbəsi
Vəzifənin adı: Böyük hüquq məsləhətçisi
Dərəcə: 15
Vəzifənin icra etdiyi funksiyalar:
- Məhkəmə proseslərində müəssisənin maraqlarının və hüquqlarının müdafiə edilməsi;
- Məhkəmə qərarlarının icrasının təmin olunması;
- Müəssisə daxili hazırlanan normativ sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması;
- Müəssisə daxili hüquqi yardımın göstərilməsi;
- Hüquqi yazışmaların həyata keçirilməsi;
- Əmək intizamının pozulması ilə bağlı təqdimatların araşdırılması və hüquqi rəy verilməsi;
- Müəssisənin müqavilələrinin bağlanması və müqavilə şərtlərinin təmin olunmasına nəzarət edilməsi;
- Digər fəaliyyətlər:
1.Vəzifə təlimatına uyğun olaraq rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi
2.Struktur bölmənin iş bölgüsü üzrə nəzərdə tutulan işlərin icra edilməsi
3.Struktur bölmə üzrə sənədləşmə işlərinin (hesabat, iş vaxtının uçotu tabeli və s.) aparılması
4.Təsərrüfat hesabının, müqavilə, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israfçılıq və oğurluq halları ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanması və yerinə yetirilməsində iştirak edilməsi
5.Maliyyə intizamının pozulması, vəsait israfçılığına, oğurluğa və digər itkilərə yol verilməsi məsələləri üzrə materiallara baxılmasında və rəy hazırlanmasında iştirak edilməsi, zərurət olarsa hüquq mühafizə orqanlarına müraciət üçün sənədlərin hazırlanması, dəyən maddi zərəri ödəmək üçün təkliflərin verilməsi
6.Əməyin mühafizəsi sahəsində hüquqi işlərə metodiki rəhbərlik və qərarların yerinə yetirilməsinə nəzarət edilməsi
7.Qanunvericiliyə dair hüquqi sənədlərin və normativ aktların uçotunun aparılması, sistemləşdirilməsi və saxlanılması
8.İclas, təqdimat, sərgi və konfranslarda iştirak edilməsi
9.Opentext ESD proqramında sənədləşmə işlərinin aparılması
10.Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsi
Vəzifə üzrə işə qəbul tələbləri:
- Ali təhsil (Hüquq istiqaməti)
- Minimum 4 il iş təcrübəsi (Müvafiq sahə üzrə mütəxəssis vəzifəsində)
- Azərbaycan Respublikasının Konstitusiyasını;
- Azərbaycan Respublikasının qanunlarını və Azərbaycan Respublikasının tərəf çıxdığı beynəlxalq müqavilələri;
- Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarını, təsdiq olunan Qayda və Təlimatları, digər qаnunvеricilik аktlаrını;
Əmək haqqı məlumatları:
- Əmək haqqı: 2183 AZN
- Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 manat yemək xərci ödənilir.
Elanın bitmə tarixi: 22.07.2026