Vəzifənin adı:  Anbar müdiri (əməkdaşın hərbi xidmətdə olması ilə əlaqədar müvəqqəti vakansiya)

Travel: 
Description: 

Uzun Təsvir

Vəzifə haqqında məlumatlar:

Müəssisə: SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi

Struktur vahidi: Mərkəzi anbar təsərrüfatı

Vəzifənin adı: anbar müdiri (əməkdaşın hərbi xidmətdə olması ilə əlaqədar müvəqqəti vakansiya) 

Dərəcə: 07

 

Vəzifənin icra etdiyi funksiyalar:

  • Mal-material qiymətlilərinin anbara mədaxilini, məxaricini, sənədləşdirilməsini və uçotunun düzgün aparılmasını təmin etmək.
  • Anbara daxil olan mal-material qiymətlilərinin sayını, keyfiyyətini, texniki şərtlərə, standartlara və qaimə-fakturalara uyğunluğunu yoxlamaq və qəbuluna nəzarət etmək.
  • Keyfiyyət uyğunsuzluğu və ya qüsur aşkar edildikdə müvafiq komissiyaya müraciət edilməsini və araşdırmanın aparılmasını təşkil etmək.
  • Mal-material qiymətlilərinin anbarda təyinatına, növünə, çeşidinə və ölçüsünə uyğun düzgün yerləşdirilməsini, saxlanılmasını və qorunmasını təmin etmək.
  • İstehsalın fasiləsizliyinin təmin edilməsi məqsədilə mal-material ehtiyatlarının saxlanılmasını və müvafiq saxlama şəraitinin yaradılmasını təşkil etmək.
  • Mal-material qiymətlilərinin anbar daxilində daşınması və hərəkətinin düzgün təşkil edilməsini təmin etmək.
  • Təsdiq edilmiş tələbnamələr əsasında mal-material qiymətlilərinin anbardan verilməsinə nəzarət etmək.
  • Mədaxil və məxaric sənədlərinin düzgün tərtib olunmasını, qeydiyyatının aparılmasını, aidiyyəti struktur bölmələrə vaxtında təqdim edilməsini və arxivləşdirilməsini təmin etmək.
  • SAP sistemində və digər informasiya sistemlərində anbar əməliyyatlarının vaxtında və düzgün əks etdirilməsini təmin etmək.
  • Mal-material qiymətlilərinin üzərində SAP kodlarının və digər identifikasiya vasitələrinin düzgün tətbiq edilməsini təmin etmək.
  • Anbar üzrə qalıqların, mal-material hərəkətinin və inventarlaşmanın aparılmasında iştirak etmək, uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək.
  • Anbar üzrə dövri hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək.
  • Anbar avadanlıqlarının, inventarların, yanğınsöndürmə vasitələrinin saz vəziyyətdə saxlanılmasına və vaxtında təmirinə nəzarət etmək.
  • Anbarın təmizliyini, sanitariya vəziyyətini və ümumi səliqəsini təmin etmək.
  • Rekvizitlərin (tara, qablaşdırma və digər dövri inventarların) yığılmasını, mühafizəsini və vaxtında tədarükçülərə qaytarılmasını təşkil etmək.
  • Əsas vəsaitlərin təhvil-təslimi və silinməsi prosesində müəyyən edilmiş qaydalara uyğun olaraq müvafiq aktların imzalanmasında iştirak etmək.
  • Yükləmə-boşaltma işlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına uyğun aparılmasına nəzarət etmək.
  • Anbar təsərrüfatında mühafizə rejiminə, daxili intizam qaydalarına və müəssisənin normativ sənədlərinə riayət olunmasını təmin etmək.
  • Rəhbərlik tərəfindən vəzifə funksiyalarına uyğun verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Vəzifə üzrə işə qəbul tələbləri:

  • Orta ixtisas təhsil  (iqtisadiyyat, idarəetmə, insan resurslarının idarəolunması sahələri üzrə)
  • Minimum 3 il  müvafiq sahə üzrə iş təcrübəsi 
  • Anbar təsərrüfatının fəaliyyətini tənzimləyən təlimatları, daxili qaydaları və digər normativ sənədləri;
  • Əmtəə-maddi sərvətlərə dair standartları, texniki şərtləri və keyfiyyət tələblərini;
  • Əmtəə-maddi sərvətlərin növünü, çeşidini, ölçülərini, keyfiyyət göstəricilərini və istifadəyə yararlılıq müddətlərini;
  • Əmtəə-maddi sərvətlərin qəbulu, yerləşdirilməsi, saxlanılması, yüklənməsi və boşaldılması qaydalarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydaları.

Son müraciət tarixi 20.07.2026

 

Şəhər: 
Business Unit:  Structural Companies