mühəndis
Date: 5 avq 2026
Location: Digər, AZ
Company: SOCAR
Vəzifə funksiyaları
Texniki istismar şöbəsinin mühəndisinin vəzifə funksiyaları
- Qaz şəbəkəsinin texniki baxış, xidmət və müayinə qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək.
- Qaz kəmərləri, QTM-lər, EKM qurğuları və avtomatik idarəetmə sistemlərinin texniki istismarını təşkil etmək.
- Aşkar edilmiş nasazlıqlar üzrə təmir təkliflərini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək.
- Qazlaşdırma işlərinin layihə-smeta sənədlərini yoxlamaq və istismara qəbul üzrə rəy vermək.
- Qaz şəbəkəsi ilə bağlı müraciətləri araşdırmaq və məlumat bazasını yeniləmək.
- Qəza və təmir işləri zamanı itirilmiş qazın həcmini hesablamaq.
- Qaz kəmərlərinin diaqnostikasını və texniki qiymətləndirilməsini təşkil etmək.
- Qaz təchizatı üzrə texniki şərt, texniki rəy və layihə sənədlərinin hazırlanmasında iştirak etmək.
- Qaz kəmərləri və avadanlıqların sxem və eskizlərini hazırlamaq.
- Fərdi yaşayış evlərinin qazlaşdırılması üzrə sənədləri qəbul etmək və aidiyyəti üzrə təqdim etmək.
- Podrat təşkilatlarının yerinə yetirdiyi işlərin uçotunu aparmaq.
- Əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət etmək.
Bilməlidir
•Azərbaycan Respublikasının "Qaz təchizatı haqqında qanun" və “Qazdan istifadə Qaydaları”nı;
•“Qaz təsərrüfatında texniki istismar qaydaları”nı;
•“Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nı;
•Tikinti norma və qaydalarını;
•Layihə Smeta Sənədlərinin oxunmasını;
•Təbii qaz itkilərinin yaranma səbəblərini və aradan qaldırılması yollarını;
•Qaz təsərrüfatında elm və texnikanın son nailiyyətlərinə cavab verən avadanlıq, cihaz və sayğacların tətbiqi barədə məlumatları;
•İstismarda olan qaz avadanlıqlarına texniki xidmətin göstərilməsi qaydalarını və bu işlərin mövcud qaydalara uyğun olaraq sənədləşdirilməsini;
•Qaz kəmərlərinin korroziyadan aktiv və passiv mühafizə qaydalarını, katod, drenaj və protektor qurğularının iş prinsipini;
•Qaz kəmərləri və qurğularında aparılmış işlər barədə istismar pasportlarında müvafiq qeydiyyatların aparılmasını;
•Texnoloji itkilərin hesabatını, qaz kəmərlərinin kipliyə və möhkəmliyə yoxlanılması qaydalarını.
Kvalifikasiya tələbləri
müvafiq sahə üzrə bakalavr təhsili və müvafiq sahə üzrə 1 il iş təcrübəsi
Vəzifə tarif maaşı
Vəzifə tarif maaşı-1.090 manat
SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlənmiş iş gününə görə yemək xərci əvəzinə 5 manat əlavə vəsait ödənilir
Digər məlumatlar
Tibbi sığorta təmin edilir
İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat)