elektrik qaz qaynaqçısı

Date: 13 avq 2026

Location: Lənkəran, AZ

Company: SOCAR

Bilməlidir:

Müxtəlif tipli qaynaq maşınların elektrik sxemlərini və konstruksiyasını;

Qaynaq edilən müxtəlif növ metalların, müxtəlif markalı elektrodlarla lehimlənmiş metal və yonulmaya məruz qalmış tökmələrin texnoloji xassələrini;

Tikişlərin qoyulmasında texnoloji ardıcıllığın və qaynaq rejimlərinin seçilməsini;

Məsul qaynaq tikişlərin sınanma və nəzarət üsullarını;

Xüsusən mürəkkəb qaynaq metal konstruksiyaların çertyojlarının oxunmasını;

Qaz qaynağı və kəsmənin əsas rejim və növlərini;

Qaz elektrik qaynağı və qaz elektrik kəsici aparatların quraşdırılması və xidmətini, onların istismar və təmir qaydalarını;

Oksigen və asetilen balonlarının, qaz generatorlarının nəqli və xidməti qaydalarını;

Orta təzyiqdə işləyən boru və kəmərlərin qaynaq xüsusiyyətlərini;

Qaynaq edilən detalın forma və qalınlığından asılı olaraq metalların qaynaq rejimlərinin müəyyən edilməsi üsullarını;

Müxtəlif növ elektrik və qaz qaynağı aparatlarının istismarı və təmiri qaydalarını, quraşdırılmasını.

İstehsalat və əmək intizamı  qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin  qayda və nоrmalarını.

Vəzifə funsiyaları:

Müxtəlif poladlar, əlvan metallar və ərintilərdən hazırlanmış mürəkkəb aparat, qovşaq, boru və polietilen kəmərlərinin əl ilə qövs və plazma qaynağını, həmçinin əl, oksigen və hava-plazma ilə kəsilməsini yerinə yetirmək;
Karbonlu, legirlənmiş və xüsusi poladlardan, eləcə də çuğundan hazırlanmış mürəkkəb və məsul detalların əl ilə qövs və oksigenlə kəsilməsini (yonulmasını) icra etmək;
Blok şəklində hazırlanmış məsul konstruksiyaları bütün vəziyyətlərdə qaynaq etmək;
Mürəkkəb detal və qovşaqları lehimləmək;
Fəaliyyətdə olan qaz kəmərlərində oyuqların açılması, boruların kəsilməsi, qaynaq üçün detalların hazırlanması və kəsilmiş hissələrin qaynaq edilməsini icra etmək;
Qazdan təhlükəli işlər üçün alət və materialları hazırlamaq, qaz kəmərlərində təzyiqi ölçmək, kipləşdirici qurğuların və qapayıcıların vəziyyətini yoxlamaq;
Fəaliyyətdə olan qaz kəmərlərində elektrik və qaz qaynaq işlərini yerinə yetirmək, uyğun elektrod və aşqar məftilləri seçmək;
Qaz kəmərlərində gücləndirici muftaları quraşdırmaq və qaz sızmalarını aradan qaldırmaq;
Odluq və kəsicilərin cari təmirini, kəsmə zamanı nişanlama və uyğunlaşdırma işlərini yerinə yetirmək;
Binadaxili qaz kəmərlərində kəsik aparmaq, kondensat yığıcılarını, hidravlik örtgəcləri, deformasiyaya uğramış qapayıcıları, çarxları, kompensator və siyirtmələri kəsmək;
Orta mürəkkəblikdə cizgiləri oxumaq.

Kvalifikasiya tələbləri:

5-ci dərəcəli Elektrik qaz qaynaqçısı peşəsi üçün müvafiq sahə üzrə peşə təhsili və sertifikat tələb olunur.

Vəzifə (tarif) maaşı:

        Saatlıq 4,33 manat

        SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlənmiş iş gününə görə yemək xərci əvəzinə 5 manat əlavə vəsait ödənilir.

        SOCAR-ın normativ hüquqi aktlarına əsasən əmək şəraiti və vəzifə xüsusiyyətləri nəzərə alınaraq əlavə ödənişlər təyin edilir.

Digər məlumatlar:

Tibbi sığorta: Təmin edilir

İş rejimi:        Tam iş vaxtı (həftədə 40 saat)

İş yeri:           Lənkəran RQİİ, Masallı rayonu üzrə Texniki baxış və təmir bərpa xidməti

Peşə :           Elektrik qaz qaynaqçısı 

ƏÖD:             5