Usta (Yardımlı rayonu üzrə Qəza-bərpa, texniki baxış və təmir-bərpa xidməti)

Date: 7 sen 2026

Location: Digər, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

Vakansiyanın təsviri:

Vəzifə haqqında məlumatlar:
Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Lənkəran Regional Qaz İstismarı İdarəsi
Struktur vahidi: Yardımlı rayonu üzrə Qəza-bərpa, Texniki baxış və təmir-bərpa xidməti
İş yeri: (Yardımlı şəhəri)
Peşənin adı: usta (hərbi xidmətdə olan işçinin yeri)
Dərəcə: (ƏÖD) 10
Vəzifə maaşı: 988 AZN (vergi və digər ödənişlər daxil olmaqla)
Nahar ödənişi: Socarın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
İş rejimi: Tam iş vaxtı ( 5 günlük iş həftəsi, həftədə 40 saat)

İş yerinin ünvanı:  Yardımlı şəhəri, Bəhruz Mansurov küçəsi 11

Vəzifə funksiyaları:

  • Yerüstü qaz xəttlərinin inspeksiyasına əsasən yerində qaynaqla təmir işlərini həyata keçirmək;
  • İcra olunan işlərin sənədləşdirilməsi və aidiyyatı üzrə təqdim etmək;
  • Əvvəlcədən hazırlanmış qrafikə uyğun olaraq təmir işlərini (QPS, QTŞ payız- qış) aparılmasına nəzarət etmək;
  • Yerüstü qaz xəttlərinin yохlanılması zamanı qaz sızmaları, qaz xəttlərinin dayaqlardan düşməsi və titrəmə halları, əzilməsi, yоl verilməz əyilməsi, çökməsi, dayaqların zədələnməsi, bağlayıcı armaturların işlək vəziyyətdə оlmasını, elektrik хəttlərinin xəttlərin üstünə düşmə halından mühafizə vasitələrinin mövcudluğunu, qaz xəttlərinin bərkidilməsi və rənglənməsini həyata keçirmək və məlumatların aidiyyatı üzrə ötürülməsini təmin etmək;
  • Yeraltı qəzaların aradan qaldırılması ilə bağlı işləri plana uyğun təşkil etmək;
  • Əvvəlcədən hazırlanmış illik plan əsasında orta təzyiqli qaz xəttlərinə və üzərindəki bütün növ avadanlıqlara (QPS, QTM, QTŞ və.s) texniki baxış keçirilməsinə nəzarət etmək;
  • Qaz şəbəkəsi avadanlıqlarının vizual olaraq xarici müayinə etmək;
  • Qaz şəbəkəsi avadanlıqlarının yararlılığının yoxlamaq;
  • Bütün yivli və qaynaq birləşmələrinin kipliyinin qazanalizator və ya digər vasitələrlə yoxlamaq;
  • Aşkar edilmiş qaz sızmalarının raportda qeydə etmək;
  • Yerinə yetirilmiş bütün texniki xidmət işləri və siyirtmələrin nasaz hissələri barədə məlumatların raportlarda səliqəli və oxunaqlı qeyd etmək;
  • Şəbəkə və qaz paylayıcı avadanlıqların cari vəziyyəti ilə bağlı rəhbərliyi məlumatlandıraraq illik Kapital Qoyuluşu planlarının formalaşmasını yerinə yetirmək;
  • Təbii qazdan istifadə qaydalarının tələbləri pozulduqda,o cümələdən qanunvericiliklə müəyyən edilmiş digər faktlar aşkar edildikdə təbii qazın verilməsinin  dayandırılması,  müvafiq qaydada sənədləşdirilməsi və qaz itkisinin qarşısının alınması üçün tеxniki tədbirlər görmək;
  • Texniki baxış zamanı ciddi nöqsanlar (qəza yarada bilən) aşkar olunduqda təcili dispetçer xidmətinə “104” nömrəli telefonuna və ya aidiyyəti rayonun qəza-dispetçer xidmətinə xəbər vermək;
  • Əvvəlcədən müəyyən edilmiş qrafiklərə uyğun olaraq yerüstü orta təzyiqli qaz xəttlərinə ildə 2 dəfə baxışın keçirilməsi və məlumatların İdarə üzrə müvafiq şöbəyə ötürülməsi;
  • Yerüstü aşağı təzyiqli qaz xəttlərinin inspeksiyasına əsasən yerində qaynaqla təmir işlərini görmək;
  • Podratçılar tərəfindən icra edilmiş layihələr bitdikdən sonra baxış keçirmək;
  • Qanunvericilikə uyğun olaraq məcburi və müraciət əsasında qaz təsərrüfat obyektlərini texniki müayinə etmək;
  • Texniki müayinə nəticələri və ya müraciət əsasında zəruri texniki xidmət işlərinin icra etmək;
  • Qaz təsərrüfatı obyektlərində  tikinti işlərini aparmaq, tikili оbyеktlərdə yеnidənqurma, əsaslı və cari təmir işlərini yеrinə yеtirmək  qaz sayğacları quraşdırılmasına nəzarət etmək;
  • İşçi pеrsоnalının qapalı sеxdə və açıq hava şəraitində müxtəlif avadanlıqların quraşdırılması və tеxnоlоji bоru xətlərinin çəkilməsi işlərini yerinə yetirmək;
  • Təhlükəli əmək şəraitli işlərin əvvəlcədən işlənib hazırlanmış planı, əməyin təşkili layihəsi  və ya tapşırıq-icazə vərəqəsi əsasında aparmaq;
  • Ayrılan matеrialların və avadanlıqların səmərəli istifadəsinə nəzarət еtmək;
  • Xidmət işçilərinin iş оbyеktləri üzrə bölünməsini, işçi qüvvəsindən оbyеktlər üzrə səmərəli istifadəni təmin еtmək;
  • Sahənin qaz təsərrüfatının paspоrtlaşdırılmasının, hərəkətinin və tеxniki vəziyyətinin uçоtunu, digər sənədləşmə işlərini aparmaq, əmlakın və sənədlərin mühafizəsini təşkil еtmək, uyğun struktur bölmələrinə müəyyən оlunmuş qaydada sənədləşmə işlərini, hеsabatları aparmaq;
  • Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları, istehsalat sanitariyası, elektrik təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarına  riayət edilməsinə nəzarət etmək.

Bilməlidir:

•Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-ci il 09 iyul tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nı;
•“Qaz təsərrüfatında texniki istismar qaydaları”nı;
•“Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” nı; 
•"Qaz xətlərinin sxemlərinin oxunması"nı.
• "Tikinti norma və qaydaları"nı.

Təhsil və iş təcrübəsinə dair tələblər:

Müvafiq ixtisas sahəsi üzrə ali təhsil olduqda 1 il müvafiq sahə üzrə iş təcrübəsi,

orta ixtisas təhsili olduqda 3 il müvafiq sahə üzrə iş təcrübəsi,

ali və ya orta ixtisas təhsili müvafiq ixtisas sahəsi üzrə olmadıqda 5 il müvafiq sahə üzrə iş təcrübəsi.

Vəzifənin tələb etdiyi səriştəliklər:

  • Dürüstlük
  • Etik davranış
  • Məsuliyyət
  • Nizam-intizam
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • MS Ofis proqramları (Excel, Word, Outlook)

Digər məlumatlar:

Tibbi sığorta:             Təmin edilir

İş yerinə çatdırılma:  Təmin edilmir

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, dürüstlük və etika, komanda işi, hörmət, məsuliyyət və davamlı inkişaf dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.