Qaz təsərrüfatının nəzarətçisi (Qusar rayonu)

Date: 5 okt 2026

Location: Digər, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

Vakansiya təsviri

  • Müəssisə: SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi, Xaçmaz Regional Qaz İstismarı İdarəsi
  • Struktur vahidi: Qusar rayonu üzrə Müayinə və istismara qəbul xidməti
  • İş yeri: (Qusar şəhəri)
  • Vəzifənin adı: qaz təsərrüfatının nəzarətçisi
  • Dərəcə: (ƏÖD) 05
  • Saatlıq əmək haqqı: 4.33 AZN (Saatlıq əmək haqqı)
  • Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
  • İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
  • İş yerinin ünvanı: Qusar şəhəri, Çingiz Qurbanov küçəsi 21 B

Vəzifə funksiyaları

  • Qaz kəmərləri, boru xətləri və qurğuların mütəmadi müayinəsi;
  • Qaz avadanlıqlarının texniki vəziyyət və təhlükəsizliyinin yoxlanılması;
  • Əvvəlcədən bildirişlə illik müayinənin keçirilib aktlaşdırılması;
  • Aşkarlanan nöqsanlar üzrə texniki xidmətin təmin edilməsi;
  • Qaz xətləri, bacalar və havalandırma sistemlərinin yoxlanılması;
  • Sertifikatsız/qeyri-standart avadanlıqlar barədə məlumat və tədbir görülməsi;
  • Təhlükəli, müayinədən keçməmiş avadanlığın şəbəkədən ayrılması;
  • Alqı-satqı müqavilələrinin bağlanması və yenilənməsinin təmini;
  • Qurğu və xətlərin təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət;
  • Maneə/şərait olmadıqda qazın dayandırılıb akt tərtibi;
  • Müraciət əsasında təkrar müayinənin aparılması;
  • Təhlükə aşkarlandıqda qazın dərhal dayandırılması;
  • Qanunsuz qoşulmanın aşkarlanıb qazın dayandırılması və məlumatlandırma;
  • İcazəsiz dəyişikliklər barədə məlumat verilməsi;
  • Qəza təhlükəsində zəruri tədbirlərin görülməsi;
  • Qaz itkisinin qarşısının alınmasına nəzarət.

Bilməlidir

  • Qaz təchizatı haqqında AR qanununu;
  • Qazdan istifadə Qaydalarını;
  • Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarını;
  • Qaz qurğularının tikinti, quraşdırma, istismar və işçi vəziyyətdə saxlanma tələblərini;
  • Qaz qurğularının atmosferə buraxılmama, təzyiq, temperatur, tərkib və digər göstəricilərə dair tələbləri;
  • Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını;
  • Müayinə və texniki xidmətə monitorinq qaydasını;
  • Qaz qurğuları, xətləri, bacalar və havalandırma sistemlərində müayinə keçirilməsi qaydasını;
  • Müayinə və texniki xidmət reyestrinin aparılma qaydasını;
  • Qaz itkilərinin növlərini, səbəblərini və aradan qaldırılma yollarını;
  • Görülən işlərin texnoloji prosesini;
  • Avadanlığın texniki istismar və xidmət qaydalarını;
  • İstifadə edilən alət və inventarları;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya-gigiyena qaydalarını;
  • Yanğından mühafizə vasitələrini və söndürmə üsullarını;
  • İstehsalat və əmək intizamı qaydalarını.

Təhsil və iş təcrübəsinə dair tələblər

  • Tam orta təhsil
  • İş təcrübəsi tələbi yoxdur

Digər məlumatlar

  • Tibbi sığorta: təmin edilir
  • İş yerinə çatdırılma: təmin edilmir
  • İş yeri: Xaçmaz RQİİ, Qusar rayonu
  • Son müraciət tarixi: 07.10.2026

 

Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az elektron poçt ünvanına müraciət ünvanlaya bilərlər.

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.