Qaz təsərrüfatının nəzarətçisi (Cəlilabad rayonu)
Date: 5 okt 2026
Location: Digər, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir.
Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir.
Vakansiyanın təsviri:
- Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Lənkəran Regional Qaz İstismarı İdarəsi:
- Struktur vahidi: Cəlilabad rayonu üzrə Müayinə və istismara qəbul xidməti;
- Vəzifənin adı: qaz təsərrüfatının nəzarətçisi;
- Dərəcə:(ƏÖD) 05;
- Saatlıq əmək haqqı: 4.33 AZN (vergi və digər ödənişlər daxil olmaqla);
- Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir;
- İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat);
- İş yerinin ünvanı: Cəlilabad şəhəri, H.Əliyev prospekti 168.
Vəzifə funksiyaları:
- Qaz kəmərləri, boru xətləri və qaz qurğularını müayinə etmək;
- Qaz avadanlıqlarının texniki vəziyyətini yoxlamaq;
- Aşkar edilmiş nöqsanlar üzrə texniki xidmət seçimini aktda qeyd etmək;
- İstehlakçıları 5 iş günü əvvəl məlumatlandırmaqla ildə bir dəfə müayinə aparmaq;
- Qaz xətlərinin yerləşdiyi sahələrdə havalandırmanı yoxlamaq;
- Qaz cihaz və avadanlıqlarının sertifikatlı və istifadəyə yararlı olmasını yoxlamaq;
- Standartlara uyğun olmayan və təhlükəli qaz avadanlıqları barədə rəhbərliyə məlumat vermək;
- Təhlükəli və müayinədən keçməmiş qaz avadanlıqlarını şəbəkədən ayırmaq;
- Qeyri-standart avadanlıq aşkar etdikdə istehlakçını xəbərdar etmək və tədbir görmək;
- İstehlakçılarla qazın alqı-satqısı müqavilələrinin bağlanmasını təmin etmək;
- Müddəti bitmiş müqavilələrin yenilənməsini təmin etmək;
- Qaz qurğuları, qaz xətləri, tüstü bacaları və havalandırma sistemlərinin texniki vəziyyətini yoxlamaq;
- İllik müayinənin nəticələrini aktla rəsmiləşdirərək bir nüsxəsini istehlakçıya təqdim etmək;
- Aşkar edilmiş nöqsanlar üzrə texniki xidmət seçimini aktda qeyd etmək;
- Müayinəyə maneə yaradıldıqda akt tərtib etmək və qazın verilməsini dayandırmaq.
Bilməlidir:
-
Qaz təchizatı qanunvericiliyini və istifadə qaydalarını;
-
Qaz təsərrüfatı, qurğuları və tüstü bacalarının texniki təhlükəsizlik, tikinti və istismar tələblərini;
-
Müayinə, texniki xidmət, monitorinq qaydalarını və məlumat reyestrinin aparılmasını;
-
Qaz itkilərinin növlərini, yaranma səbəblərini və aradan qaldırılması yollarını;
-
İşlərin texnoloji prosesini, avadanlıqların istismar qaydalarını, alət və inventarları;
-
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya-gigiyena və yanğından mühafizə normalarını.
Təhsil və iş təcrübəsinə dair tələblər:
- Təhsil: Tam orta təhsil;
- İş təcrübəsi: tələb edilmir.
- Əmək fəaliyyəti dövründə stajkecmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.
Digər məlumatlar:
- Tibbi sığorta: təmin edilir;
- İş yerinə çatdırılma; təmin edilmir.
- Son müraciət tarixi: 07.10.2026
- Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az elektron poçt ünvanına müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.