Qaz təsərrüfatının nəzarətçisi (Şəmkir rayonu)
Date: 23 sen 2026
Location: Digər, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir.
Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir.
Vakansiya təsviri:
Vəzifə haqqında məlumatlar:
Müəsissə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Şəmkir Regional Qaz İstismarı İdarəsi
Struktur vahidi: Şəmkir rayonu üzrə Müayinə və istismara qəbul xidməti
Peşənin adı: Qaz təsərrüfatının nəzarətçisi
Dərəcə (ƏÖD): 05
Vəzifə maaşı: 4,33 AZN /saatlıq
Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
İş yerinin ünvanı: Şəmkir rayonu, Dəllər qəsəbəsi, M.Əsədov küçəsi
Vəzifə funksiyaları:
-
Qaz kəmərləri, boru xətləri və qaz qurğularının mütəmadi müayinəsini aparmaq;
-
Qaz avadanlıqlarının texniki vəziyyətini və təhlükəli zonaları yoxlamaq;
-
Aşkar edilmiş nöqsanları aktda qeyd etmək və onların 1 ay ərzində aradan qaldırılmasını təmin etmək;
-
İstehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla ildə bir dəfə müayinə aparmaq;
-
Qaz xətlərində korroziya və qəza risklərinin qarşısını almaq;
-
Havalandırma sistemlərini və qaz cihazlarının yararlılığını yoxlamaq;
-
Standarta uyğun olmayan və təhlükəli avadanlıqlar barədə rəhbərliyə məlumat vermək, zərurət olduqda qaz təchizatını dayandırmaq;
-
Qazın alqı-satqı müqavilələrinin bağlanmasını və yenilənməsini təmin etmək;
-
Qaz qurğuları, qaz xətləri, tüstü bacaları və havalandırma sistemlərinin təhlükəsiz istismarına nəzarət etmək;
-
Müayinə aktlarını tərtib edib istehlakçıya təqdim etmək;
-
Müayinənin aparılmasına şərait yaradılmadıqda akt tərtib etmək və qaz təchizatını dayandırmaq;
-
İstehlakçının müraciəti əsasında təkrar müayinəni müəyyən edilmiş müddətdə aparmaq;
-
Təhlükə aşkar edildikdə qaz təchizatını dayandırmaq və zəruri tədbirləri görmək;
-
Müayinə aktlarını aidiyyəti reyestrə təqdim etmək;
-
Qanunsuz qoşulma və müdaxilə hallarında qaz təchizatını dayandırmaq, akt tərtib etmək və aidiyyəti üzrə təqdim etmək;
-
İcazəsiz qaz xətti və avadanlıq dəyişiklikləri barədə aidiyyəti üzrə məlumat vermək;
-
Qəza xidməti gələnədək təhlükəsizlik tədbirlərini təmin etmək;
-
Qaz itkisinin qarşısını almaq və təbii qazdan səmərəli istifadəyə nəzarət etmək;
-
Qaz təchizatı ilə bağlı problemlər barədə rəhbərliyə məlumat vermək;
-
Abonentlərə təbii qazdan təhlükəsiz istifadə qaydaları üzrə təlim keçmək;
-
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
-
Abonentlərə nəzakətli xidmət göstərmək;
-
4-cü dərəcəli qaz təsərrüfatı nəzarətçilərinin işinə dəstək göstərmək.
Bilməlidir:
-
Qaz təchizatı haqqında Azərbaycan Respublikasının qanununu;
-
Qazdan istifadə Qaydalarını;
-
Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarını;
-
Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanmasına dair tələbləri;
-
Qaz qurğularında qazın atmosferə buraxılmaması, qazın təzyiqi, temperaturu, tərkibi və digər göstəricilərinə dair tələbləri;
-
Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydalarını;
-
Müayinə və texniki xidmətin həyata keçirilməsinə monitorinqin aparılması qaydasını;
-
Qaz paylayıcısı tərəfindən qaz qurğuları, qaz xətləri, tüstü bacaları, havalandırma və havadəyişmə xətlərində müayinələrin keçirilməsi qaydasını;
-
Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydasını;
-
Qaz itkilərinin növlərini, yaranma səbəblərini və aradan qaldırılması yollarını;
-
Görülən işlərin texnoloji prosesini;
-
Avadanlıqların texniki istismarı və onlara xidmət qaydalarını;
-
İstifadə olunan alət və inventarları;
-
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını, sanitariya-gigiyena norma və qaydalarını;
-
Yanğından mühafizə vasitələrini və yanğının söndürülməsi üsullarını;
-
İstehsalat və əmək intizamı qaydalarını.
Təhsil və iş təcrübəsinə dair tələblər:
- Tam orta təhsil;
- İş təcrübəsi tələb edilmir;
- Əmək fəaliyyəti dövründə stajkecmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.
Digər məlumatlar:
- Tibb sığorta: Təmin edilir;
- İş yerinə çatdırılma: Təmin edilmir;
-
Son müraciət tarixi: 25.09.2026.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.
Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az elektron poçt ünvanına müraciət ünvanlaya bilərlər.