Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər

Date: 7 avq 2026

Location: Digər, AZ

Company: SOCAR

Vəzifə funksiyaları;

  • Planlı və növbədənkənar sayğac əvəzlənməsini icra etmək.
  • Sayğaclara texniki baxış keçirmək və qüsurları aşkar etmək.
  • Nasaz və yararsız sayğacları əvəzləmək və ya çıxarmaq.
  • Nəzarət-ölçü cihazlarını təmir, sazlama və quraşdırmaq.
  • Cihaz nasazlıqlarını aradan qaldırmaq.
  • Sayğac göstəricilərini toplamaq və təqdim etmək.
  • Qaz şəbəkəsi və avadanlıqlarına texniki baxış keçirmək.
  • Qaz sızmalarının qarşısını almaq.
  • Aylıq sayğac oxuma işlərini həyata keçirmək.
  • Abonentlərə bildirişləri çatdırmaq.
  • Qazın verilməsini dayandırmaq və bərpa etmək.
  • Qaynaqla qaz kəsimi işlərində iştirak etmək.
  • Qanunsuz müdaxilələrin qarşısını almaq.
  • Aşkar edilmiş müdaxilələr barədə operativ məlumat vermək.

Bilməlidir;

  • Mexanizmlərin, məişət və sənaye qaz cihazlarının, avtomatik mənzil və sənaye qızdırıcı sobaların, yemək bişirən peçlərin təmiri və texniki istismar qaydalarını;
  • Qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı qaydalarını;
  • Qaz şəbəkələri və kommunikasiyaların yerləşdirilməsi sxemini;
  • Qaz şəbəkələrinin təhlükəsiz istifadəsi və düzgün quraşdırılmasına nəzarət qaydalarını;
  • Qaz kəmərlərində bilərziklərin quraşdırılması üsullarını;
  • Yeraltı qaz ötürücülərinin istismarı və quraşdırılmasının texniki şərtlərini;
  • “Təbii qazdan istifadə Qaydaları”nı, “Qazdan təhlükəsiz istifadə qaydaları”na dair təlimatı;
  • İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını.

Kvalifikasiya tələbləri;

Vakansiyaya müraciət edəcək namizədlər üçün minimum tam orta təhsil tələb olunur. İş təcrübəsi tələbi yoxdur.

Vəzifə (taarif) maaşı;

Saatlıq əmək haqqı: 3.84 AZN 

SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlənmiş iş gününə görə yemək xərci əvəzinə 5 manat əlavə vəsait ödənilir.

Digər məlumatlar;

  •  Tibbi sığorta:      Təmin edilir
  •   İş rejimi:             Tam iş vaxtı (həftədə 40 saat)
  •   İş yeri:                 Salyan RQİİ İmişli rayonu üzrə Sayğac əməliyyatları xidməti