Mühəndis (Texniki istismar şöbəsi)

Date: 5 okt 2026

Location: Lənkəran, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

Vakansiyanın təsviri;

Vəzifə haqqında məlumatlar: 

Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Lənkəran RQİİ

Struktur vahidi: Texniki istismar şöbəsi 

Vəzifənin adı: Mühəndis

Dərəcə (ƏÖD): 11

Vəzifə maaşı: 1090,00 AZN (vergi və digər ödənişlər daxil olmaqla)

Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.

İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)

İş yerinin ünvanı: Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi 169 (Lənkəran RQİİ-nin inzibati binası). 

Vəzifə funsiyaları;

  • Qaz şəbəkələri, qaztənzimləyici məntəqələr, elektrokimyəvi mühafizə qurğuları və digər avadanlıqlar üzrə texniki baxış, texniki xidmət və texniki müayinə qrafiklərini hazırlayır, təsdiq üçün təqdim edir və onların icrasına nəzarət edir.
  • Texniki xidmət zamanı aşkar edilmiş nasazlıqlar, cari və əsaslı təmir tələb edən obyektlər barədə aidiyyəti struktur bölmələrinə məlumat verir.
  • Qaz kəmərlərinin diaqnostikasını, texniki qiymətləndirilməsini, kiplik və möhkəmlik sınaqlarını təşkil edir və nəticələrinə nəzarət edir.
  • Sənaye obyektlərinin və qazlaşdırılmış obyektlərin istismara qəbulunda iştirak edir, görülən işlərin layihə-smeta sənədlərinə və normativ tələblərə uyğunluğunu yoxlayaraq rəy verir.
  • Qaz şəbəkəsi ilə bağlı daxil olan müraciətləri araşdırır, texniki məlumatları toplayır, elektron məlumat bazasını və texniki sənədləri yeniləyir.
  • Qəza və təmir işləri zamanı texnoloji və itirilmiş qaz həcmini hesablayaraq aidiyyəti struktur bölmələrinə təqdim edir.
  • Qaz təsərrüfatı pasportlarının, texniki sənədlərin, eskiz və sxemlərin hazırlanmasında və aktuallaşdırılmasında iştirak edir.
  • Fərdi yaşayış evləri və digər obyektlərin qazlaşdırılması ilə bağlı texniki sənədlərin hazırlanmasında iştirak edir, müraciətləri və sənədləri qəbul edir, aidiyyəti üzrə təqdim edir.
  • Podrat təşkilatları tərəfindən görülmüş işlərin uçotunu aparır və müvafiq məlumatları toplayır.
  • Qaztənzimləyici məntəqələrdə ölçü, hesablama, analiz və digər texnoloji avadanlıqların normativ sənədlərin tələblərinə uyğunluğunu yoxlayır.
  • Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və texniki istismar qaydalarının tələblərinə riayət edir, rəhbərliyin səlahiyyətləri çərçivəsində verilən digər xidməti tapşırıqları yerinə yetirir.

Bilməlidir;

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin  9 iyul 2026-cı il tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nı;
  • “Qaz təsərrüfatında texniki istismar qaydaları”nı;
  • “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nı;
  • Tikinti norma və qaydalarını;
  • Layihə Smeta Sənədlərinin oxunmasını;
  • Təbii qaz itkilərinin yaranma səbəblərini və aradan qaldırılması yollarını;
  • Qaz təsərrüfatında elm və texnikanın son nailiyyətlərinə cavab verən avadanlıq, cihaz və sayğacların tətbiqi barədə məlumatları;
  • İstismarda olan qaz avadanlıqlarına texniki xidmətin göstərilməsi qaydalarını və bu işlərin mövcud qaydalara uyğun olaraq sənədləşdirilməsini;
  • Qaz kəmərlərinin korroziyadan aktiv və passiv mühafizə qaydalarını, katod, drenaj və protektor qurğularının iş prinsipini;
  • Qaz kəmərləri və qurğularında aparılmış işlər barədə istismar pasportlarında müvafiq qeydiyyatların aparılmasını;
  • Texnoloji itkilərin hesabatını, qaz kəmərlərinin kipliyə və möhkəmliyə yoxlanılması qaydalarını.

Təhsil və iş təcrübəsinə dair tələblər;

Müvafiq sahə üzrə bakalavr təhsil və  müvafiq sahə üzrə 1 il iş təcrübəsi.

Digər məlumatlar;

  • Tibbi sığorta:               Təmin edilir.
  • İş yerinə çatdırılma:    Təmin edilmir. 
  • Müraciətin son tarixi:   07.10.2026
  • Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az emailinə müraciət ünvanlaya bilərlər.

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.