Böyük mühəndis (Mühəndislik və layihə şöbəsi, Zaqatala rayonu)

Date: 14 sen 2026

Location: Digər, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

Vakansiya təsviri;

Vəzifə haqqında məlumatlar:

Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Zaqatala Regional Qaz İstismarı İdarəsi 

Struktur vahidi: Mühəndislik və layihə şöbəsi

Vəzifənin adı: Böyük mühəndis

Dərəcə (ƏÖD): 12

Vəzifə maaşı: 1212,00 AZN (vergi və digər ödənişlər daxil olmaqla)

Nahar ödənişi: Socarın müvafiq qərarına əsasən hər faktiki işlədiyi  iş gününə görə 5 AZN yemək xərci ödənilir.

İş rejimi: Tam iş vaxtı ( 5 günlük iş həftəsi, həftədə 40 saat) 

İş yerinin ünvanı: Zaqatala rayonu, Faiq Əmirov küçəsi 1/11

Vəzifə funksiyaları;

  • Qaz layihələrinin sxemlərini və qaz infrastrukturu üzrə mühəndislik işlərinin layihələndirilməsini və koordinasiyasını həyata keçirmək;
  • İllik və uzunmüddətli tikinti və əsaslı təmir proqramlarının hazırlanması üçün tələb olunan situasiya planlarını tərtib etmək;
  • Layihə cədvəllərini hazırlamaq, işlərin cədvələ uyğun icrasına nəzarət etmək və hesabatlar hazırlamaq;
  • Layihə şirkətlərinin layihə icra proseslərinə texniki nəzarət və uyğunluq yoxlanışlarını həyata keçirmək;
  • Layihələrin icrası zamanı texniki dəstək və konsultasiya təmin etmək;
  • Layihələrin keyfiyyətinə nəzarət etmək və texniki ekspertiza aparmaq;
  • Layihə sənədlərinin arxivləşmə və sənədləşmə qaydalarına uyğun saxlanılmasını təmin etmək;
  • Qazlaşdırılan təyinatından asılı olmayaraq bütün binalarda qəza hallarında təhlükəsizliyin təmin edilməsi məqsədilə qaz verilişini dayandıran qurğular və avtomatik sistemləri layihələrdə nəzərdə tutmaq;
  • Coğrafi informasiya sistemlərində (GİS) xəritələşdirmə işlərini, rəqəmsal məlumat bazalarının formalaşdırılmasını və onların daimi yenilənməsinə nəzarəti həyata keçirmək;
  • Tikinti və əsaslı təmir işlərinin gedişatında uzaqdan rəqəmsal nəzarət mexanizmi olan EyesOnSite sistemini mütəmadi tətbiq etmək;
  • RQİİ-nin xidməti ərazisində qaz şəbəkəsinin tikintisi və ya əsaslı təmiri zamanı yerində monitorinq aparmaq, faktiki görülmüş işləri GİS sisteminə daxil etmək;
  • Tikinti sahələrinin ilkin vəziyyətinin sənədləşdirilməsini və hesabatlılığını təmin etmək, bununla bağlı aidiyyəti sənədləri tərtib etmək.

Bilməlidir;

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2026-cı il tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nı;
  • “Qaz təsərrüfatında texniki istismar qaydaları”nı;
  • “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” nı;
  • Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi kollegiyasının 09 iyun 2015-ci il tarixli 03 №-li qərarı ilə təsdiq edilmiş AzDTN 2.13-1 “Qaz təchizatı layihələndirmə normaları”nı.
  • Qaz xətlərinin sxemlərinin oxunmasını;
  • "Qaz təchizatı şəbəkəsində qəza halları nəticəsində atmosferə atılan qaz həcmlərinin təyini metodikası"nı.

Təhsil və iş təcrübəsinə dair tələblər;

Müvafiq sahə üzrə bakalavr təhsilli və müvafiq sahə üzrə mütəxəssis vəzifəsində 1 il iş təcrübəsi tələb olunur.

Digər məlumatlar;

  • Tibbi sığorta: Təmin edilir.
  • İş yerinə çatdırılma: Təmin edilmir.
  • Son müraciət tarixi: 16.09.2026

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.