Böyük mühəndis (Mühəndislik və layihə şöbəsi)

Date: 5 avq 2026

Location: Digər, AZ

Company: SOCAR

Vəzifə funksiyaları

 

                     Böyük mühəndisin vəzifə funksiyaları

      • Qaz təchizatı layihələrinin sxemlərini hazırlamaq.
      • Qaz infrastrukturu üzrə layihələrin hazırlanmasını və koordinasiyasını təmin etmək.
      • Tikinti və əsaslı təmir proqramları üçün situasiya planlarını hazırlamaq.
      • Layihələrin icra qrafiklərini tərtib etmək və icrasına nəzarət etmək.
      • Layihələrin icrası üzrə hesabatlar hazırlamaq.
      • Layihəçi təşkilatların işlərinə texniki nəzarət etmək və layihələrin normativ tələblərə uyğunluğunu yoxlamaq.
      • Layihələrin icrası zamanı texniki dəstək və məsləhət vermək.
      • Layihələrin keyfiyyətinə nəzarət etmək və texniki ekspertiza aparmaq.
      • Layihə sənədlərinin arxivləşdirilməsini və uçotunu təmin etmək.
      • GİS məlumatlarını emal etmək, xəritəyə işləmək və məlumat bazalarını yeniləmək.
      • Tikinti və əsaslı təmir işlərinin faktiki icrasını monitorinq etmək və GİS sistemində əks etdirmək.
      • Tikinti sahələrinin ilkin vəziyyətini sənədləşdirmək və hesabatlar hazırlamaq.
      • Tikinti və əsaslı təmir işləri üzrə hesabatlılığı təmin etmək.
      • Yeni tikilən və yenidən qurulan obyektlər üzrə tras və torpaq ayrılması ilə bağlı razılaşdırmaları həyata keçirmək, zərurət olduqda aidiyyəti üzrə vəsatət qaldırmaq.
      • Vəzifə fəaliyyəti ilə bağlı müraciət və məktubları cavablandırmaq.
      • Peşə bilik və bacarıqlarını daim inkişaf etdirmək.
      • Komissiyaların işində iştirak etmək.
      • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə müəyyən edilmiş tələblərə əməl etmək.

Bilməlidir

•“Qaz təsərrüfatında texniki istismar qaydaları”nı;

•“Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” nı;

•Qaz xətlərinin sxemlərinin oxunmasını;

•"Qaz təchizatı şəbəkəsində qəza halları nəticəsində atmosferə atılan qaz həcmlərinin təyini metodikası"nı.

Kvalifikasiya tələbləri

Müvafiq sahə üzrə bakalavr təhsilli və müvafiq sahə üzrə mütəxəssis vəzifəsində 1 il iş təcrübəsi

 

Vəzifə tarif maaşı

Vəzifə tarif maaşı- 1.212 manat

SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlənmiş iş gününə görə yemək xərci əvəzinə 5 manat əlavə vəsait ödənilir

Digər məlumatlar

Tibbi sığorta təmin edilir

İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat)