"Azəriqaz" İB, Salyan RQİİ, Qaz təsərrüfatının nəzarətçisi (İmişli MİQX)
Date: 1 sen 2026
Location: Digər, AZ
Company: SOCAR
Vakansiyanın təsviri:
Vəzifə haqqında məlumatlar:
Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Salyan Regional Qaz İstismarı İdarəsi
Struktur vahidi: İmişli rayonu üzrə Müayinə və istismara qəbul xidməti
Vəzifənin adı: Qaz təsərrüfatının nəzarətçisi
Dərəcə (ƏÖD): 05
Saatlıq əmək haqqı: 4,33 AZN (vergi və digər ödənişlər daxil olmaqla)
Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
İş yerinin ünvanı: İmişli şəhəri M.Əzizbəyov küçəsi 1
Vəzifə funksiyaları:
- Qaz kəmərlərinin, qaz xətlərinin, qurğuların və qaz avadanlıqlarının mütəmadi texniki müayinəsini aparmaq.
- Qaz təchizatı sistemində təhlükəli hallar, qaz sızmaları və texniki nasazlıqları aşkar etmək.
- Havalandırma, havadəyişmə xətləri, tüstü bacaları və təhlükəsizlik elementlərinin işlək vəziyyətini yoxlamaq.
- Standartlara uyğun olmayan və təhlükəli qaz avadanlıqlarını aşkar etdikdə müvafiq tədbirlər görmək və zərurət olduqda qaz təchizatını dayandırmaq.
- Müayinə zamanı aşkar edilmiş nöqsanları aktlaşdırmaq və texniki xidmətin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə təşkilini təmin etmək.
- Planlı müayinələr barədə istehlakçını əvvəlcədən məlumatlandırmaq, müayinə aktlarını tərtib etmək və aidiyyəti üzrə təqdim etmək.
- İstehlakçının müraciəti əsasında təkrar müayinələri müəyyən edilmiş müddətdə həyata keçirmək.
- Müayinənin aparılmasına maneə yarandıqda və ya təhlükə aşkar edildikdə qanunvericiliyə uyğun qazın verilməsini dayandırmaq.
- Qanunsuz qoşulma, sayğaca müdaxilə və icazəsiz qaz işləri aşkar etdikdə akt tərtib etmək və aidiyyəti üzrə məlumat vermək.
- Qəza təhlükəsi zamanı qəza xidməti gələnədək zəruri təhlükəsizlik tədbirlərini həyata keçirmək.
- Qaz təchizatı üzrə müqavilələrin bağlanmasını və müddəti bitmiş müqavilələrin yenilənməsini təmin etmək.
- Qaz itkilərinin qarşısının alınmasına, istehlakçıların qaz təchizatında yaranan problemlərin həllinə və qazdan səmərəli istifadəyə nəzarət etmək.
- Abonentləri təbii qazdan təhlükəsiz istifadə qaydaları barədə təlimatlandırmaq.
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
- İstehlakçılara etik davranış qaydalarına uyğun keyfiyyətli xidmət göstərmək.
- Xidmətin fəaliyyətinin səmərəli təşkili və əmək keyfiyyətinin yüksəldilməsinə dəstək vermək.
Bilməlidir:
- Azərbaycan Respublikasının "Qaz təchizatı haqqında" Qanununu və Qazdan istifadə Qaydalarını.
- Qaz təsərrüfatında texniki təhlükəsizlik, qaz qurğularının tikintisi, quraşdırılması, istismarı və saxlanılması üzrə normativ tələbləri.
- Qaz qurğularında qazın atmosferə buraxılmaması, qazın təzyiqi, temperaturu, tərkibi və digər texniki göstəricilərə dair tələbləri.
- Tüstü bacaları, qaz xətləri, havalandırma və havadəyişmə sistemlərinin müayinə və təhlükəsiz istismar qaydalarını.
- Müayinə, texniki xidmət, monitorinq və müvafiq reyestrin aparılması qaydalarını.
- Qaz itkilərinin növlərini, yaranma səbəblərini və aradan qaldırılması üsullarını.
- Görülən işlərin texnoloji prosesini, avadanlıqların texniki istismar və xidmət qaydalarını.
- İstifadə olunan alət, cihaz və inventarlarla işləmə qaydalarını.
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya-gigiyena, yanğın təhlükəsizliyi və istehsalat intizamı qaydalarını.
Təhsil və iş təcrübəsinə dair tələblər:
Tam orta təhsil
İş təcrübəsi tələbi yoxdur.
Əmək fəaliyyəti dövründə stajkecmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.
Vəzifənin tələb etdiyi səriştəliklər:
- dürüstlük
- etik davranış
- məsuliyyət
- nizam-intizam
- şifahi özünüifadə
Digər məlumatlar:
- Tibbi sığorta : Təmin edilir.
- Nəqliyyat : İş yerinə çatdırılma təmin edilmir.