Ağsu RQİİ, Mühəndislik və layihə şöbəsi, böyük mühəndis
Date: 8 sen 2026
Location: Digər, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
Vakansiyanın təsviri:
- Müəssisə:SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Ağsu Regional Qaz İstismarı İdarəsi
- Struktur vahidi: Mühəndislik və layihə şöbəsi İş yeri: (Ağsu rayonu)
- Vəzifənin adı: böyük mühəndis
- Dərəcə:(ƏÖD) 12
- Vəzifə maaşı: 1212,00 AZN
- Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
- İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
- İş yerinin ünvanı: Ağsu rayonu Qaraqaşlı kəndi
Vəzifə funksiyaları:
- Qaz təchizatı layihələrinin hazırlanmasını, layihələndirilməsini və koordinasiyasını təmin etmək.
- Qaz təchizatı layihələrinin sxemlərini, situasiya planlarını və icra qrafiklərini hazırlamaq.
- Layihələrin icrasına, keyfiyyətinə və normativ tələblərə uyğunluğuna texniki nəzarət etmək.
- Layihələrin icrası zamanı texniki dəstək göstərmək, texniki ekspertiza aparmaq və hesabatlar hazırlamaq.
- Layihə sənədlərinin uçotunu, arxivləşdirilməsini və sənədləşdirilməsini təmin etmək.
- GİS məlumatlarını emal etmək, rəqəmsal məlumat bazalarını yeniləmək və tikinti işlərini GİS sistemində əks etdirmək.
- Tikinti və əsaslı təmir işlərinin monitorinqini aparmaq, ilkin vəziyyəti sənədləşdirmək və hesabatlılığı təmin etmək.
- Yeni tikilən və yenidən qurulan obyektlər üzrə tras və torpaq ayrılması ilə bağlı razılaşdırmaları aparmaq, zərurət olduqda aidiyyəti üzrə vəsatət qaldırmaq.
- Vəzifə fəaliyyəti ilə bağlı müraciət və məktubları cavablandırmaq.
- Komissiyaların işində iştirak etmək, peşə biliklərini inkişaf etdirmək və əməyin mühafizəsi, təhlükəsizlik texnikası tələblərinə riayət etmək.
Bilməlidir:
• Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nı;
• “Qaz təsərrüfatında texniki istismar qaydaları”nı;
• “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” nı;
• Qaz xətlərinin sxemlərinin oxunmasını;
"Qaz təchizatı şəbəkəsində qəza halları nəticəsində atmosferə atılan qaz həcmlərinin təyini metodikası"nı.
Təhsil və iş təcrübəsinə dair tələblər:
Müvafiq sahə üzrə bakalavr təhsilli və müvafiq sahə üzrə mütəxəssis vəzifəsində 1 il iş təcrübəsi
Vəzifənin tələb etdiyi səriştəliklər:
- Dürüstlük
- Etik davranış
- Məsuliyyət
- Nizam-intizam
- Şifahi özünü ifadə
- MS ofis proqramları (Excel, Word, PowerPoint)
Digər məlumatlar:
Tibbi sığorta: təmin edilir
Nəqliyyat: İş yerinə çatdırılma təmin edilmir
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, dürüstlük və etika, komanda işi, hörmət, məsuliyyət və davamlı inkişaf dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.