İnsan resursları üzrə mütəxəssis (İşçi qüvvəsi planlaması üzrə)
Date: 22 iyl 2026
Location: Azərbaycanlı, AZ
Company: SOCAR
Uzun Təsvir
SOCAR Baş Ofisin Strateji işçi qüvvəsi planlaması və analitika şöbəsinin insan resursları üzrə mütəxəssis (İşçi qüvvəsi planlaması üzrə) vəzifəsinə əməkdaş axtarır
Vəzifə haqqında məlumatlar:
Müəssisə: SOCAR-ın Baş ofisi
Struktur vahidi: Strateji işçi qüvvəsi planlaması və analitika şöbəsi
Vəzifənin adı: insan resursları üzrə mütəxəssis
Vəzifənin icra etdiyi funksiyalar:
- İşçi qüvvəsi planlarının hazırlanmasını, işçi qüvvəsinə dair ehtiyacların təhlilini aparmaq;
- İşçi qüvvəsinin planlaşdırılması ilə bağlı müraciətləri təhlil etmək, qiymətləndirmək və rəylər vermək;
- İnsan resursları üzrə statistik və analitik hesabatlar hazırlamaq, trendləri müəyyən etmək və inkişaf təklifləri vermək;
- İşçi qüvvəsinin planlaşdırılması üzrə siyasət, prosedur və metodologiyaların hazırlanması və təkmilləşdirilməsində iştirak etmək;
- HRIS və digər məlumat sistemlərində işçi qüvvəsinə dair məlumatların düzgünlüyünü və aktuallığını təmin etmək.
Vəzifə üzrə işə qəbul tələbləri:
- Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Menecment və ya digər uyğun ixtisas üzrə ali təhsil;
- İşçi qüvvəsinin planlaşdırılması sahəsində minimum 2 il iş təcrübəsi;
- Analitik düşünmə və məlumatların təhlili bacarığı;
- Microsoft Excel proqramından yüksək səviyyədə istifadə bacarığı;
- Təqdimat hazırlamaq və nəticələri aydın şəkildə təqdim etmək bacarığı.
Üstünlük hesab olunur
- SAP SuccessFactors-da işləmə təcrübəsi;
- Power BI və ya digər məlumat vizuallaşdırma alətlərindən istifadə bacarığı;
- SHRM, HRCI, CIPD və ya digər peşəkar HR sertifikatlarının olması.
Güzəştlər və imtiyazlar:
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Güzəştli istirahət imkanı;
- Pulsuz parkinq xidməti.
Son müraciət tarixi: 31.07.2026