Xidmət rəisi (Şamaxı rayonu, Qəza-bərpa,texniki baxış və təmir-tikinti xidməti)
Date: 30 okt 2026
Location: 51155, AZ, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
Vakansiyanın təsviri:
- Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Ağsu RQİİ
- Struktur vahidi: Şamaxı rayonu üzrə Qəza-bərpa, texniki baxış və təmir-bərpa xidməti
- Vəzifənin adı: Xidmət rəisi
- Dərəcə (ƏÖD) : 13
- Vəzifə maaşı: 1344,00 AZN (vergi və digər ödənişlər daxil olmaqla)
- Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
- İş rejimi: Tam iş vaxtı (5 günlük iş hətfəsi, həftədə 40 saat)
- İş yerinin ünvanı: Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi, 1.
Vəzifə funksiyaları:
- Qaz təchizatında yaranan problemlərlə bağlı məlumatların qəbuluna, ötürülməsinə və sifarişlərin aidiyyəti üzrə vaxtında icrasına nəzarət etmək;
- Qaz iyi, qaz sızması, təzyiq dəyişməsi, qaz təchizatının dayanması, zəhərlənmə və digər qəza halları ilə bağlı sifarişləri qəbul etmək;
- Qaz iyi və qəza hallarında müraciət edən şəxslərə təhlükəsizlik qaydaları barədə təlimat vermək, qəza briqadasının hadisə yerinə göndərilməsini və qəzanın aradan qaldırılmasını təmin etmək;
- Zərurət olduqda təcili tibbi yardım, yanğınsöndürən və polis xidmətlərini cəlb etmək, təhlükəli ərazilərdən əhalinin təxliyəsini və nəqliyyatın hərəkətinin dayandırılmasını təşkil etmək;
- Qazdan istifadə zamanı təhlükə yarandıqda təxirəsalınmaz tədbirlər görmək, zərurət olduqda qaz təchizatını dayandırmaq və qəza-bərpa işlərinə rəhbərlik etmək;
- Qaz xətləri, sayğaclar və avadanlıqlara qanunsuz müdaxilələrin qarşısını almaq, aşkar edilmiş halları rəhbərliyə və Qəza-Çağrı xidmətinə bildirmək;
- Qəza və digər hadisələrin qeydiyyatını, görülmüş işlərin sənədləşdirilməsini və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
- Qaz təsərrüfatı obyektlərində cari və planlı təmir, texniki baxış, qaynaq və qəza-bərpa işlərinin icrasına nəzarət etmək;
- Yerüstü və yeraltı qaz xətlərinin, qazpaylayıcı məntəqələrin və avadanlıqların texniki vəziyyətini yoxlamaq, nasazlıqların aradan qaldırılmasını təşkil etmək;
- Təmir qrafiklərinin icrasına nəzarət etmək, şəbəkə və avadanlıqların vəziyyəti barədə rəhbərliyi və RQİİ-ni məlumatlandırmaq, illik Kapital Qoyuluşu planlarının hazırlanmasında iştirak etmək;
Bilməlidir:
- Аzərbаycаn Rеspubliкаsının qüvvədə olan qanunlarını, digər normativ aktları;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarını;
- Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında Qanunu”nu, digər qаnunvеricilik аktlаrını;
- Yanğından mühafizə, gigiyena və sanitariya qaydalarını;
- Qaz təchizatçılarından qaz qəbul edilən məntəqələrin adlarını, ünvanlarını, iri istehlakçıların adlarını, qaz xətlərinin sxemlərını, kompressor stansiyaların texniki xarakteristikalarını;
- QPS-lərin siyahısını, xidmət göstərdiyi ərazidə istehlakçıların təbii qazla normal və təhlükəsiz təchizatını təmin etmək üçün istismar olunan qaz kəmərlərinin sinfini və növlərini;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni;
- Öz İdarəsinə uyğun olan kompüter proqramlarını
Təhsil və iş təcrübəsinə dair tələblər
- Müvafiq sahə üzrə orta-ixtisas təhsil və 3 il iş təcrübəsi,
- Müvafiq sahə üzrə ali təhsil və 2 il iş təcrübəsi.
Digər məlumatlar:
- Tibbi sığorta: Təmin edilir
- İş yerinə çatdırılma: Təmin edilmir
- Son müraciət tarixi: 02.11.2026
- Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az elektron poçt ünvanına müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.