Təchizat üzrə mühəndis (Bakı şəhəri)

Date: 30 okt 2026

Location: 51117, AZ, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

Vakansiyanın təsviri:

  • Müəssisə: SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi, Bakı Regional Qaz İstismarı İdarəsi
  • Struktur vahidi: Rəhbərlik yanında aparat
  • Vəzifənin adı: Təchizat üzrə mühəndis
  • Dərəcə (ƏÖD): 11
  • Əmək haqqı: 1090.00 AZN (vergi və digər ödənişlər daxil olmaqla)
  • Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
  • İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
  • İş yerinin ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi 31

Vəzifə funksiyaları:

  • İdarənin müvafiq şöbələrinin və xidmət sahələrinin iştirakı ilə mal-materiallara, avadanlıqlara, ehtiyat hissələrinə olan tələbatını müəyyən etmək;
  • İdarənin struktur bölmələrinin lazımi maddi-texniki vasitələrlə təminatına nəzarət etmək;
  • İdarənin xidməti sahələrinin tələb olunan avadanlıqlarla, cihazlarla, fərdi  mühafizə və xilasedici vasitələrlə, xüsusi geyimlə, ayaqqabı ilə təchiz olunmasını təşkil etmək;
  • Öz ixtisasını və nəzəri biliklərini artırmaq, qabaqcıl iş metodlarından istifadə etmək;
  • Üzvü olduğu komissiyanın işində iştirak etmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri üzrə SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni  işində rəhbər tutmaq.

 

Bilməlidir:

  • Sahəsinə uyğun Azərbaycan Respublikasının mövcud qanunlarını, digər normativ hüquqi aktları;
  • Qaz təsərrüfatında texniki təhlükəsizlik Qaydalarını və Qaz təsərrüfatında Texniki İstismar Qaydalarını;
  • "Qaz təchizatı şəbəkəsində qəza halları nəticəsində atmosferə atılan qaz həcmlərinin təyini metodikası"nı.

 

Təhsil və iş təcrübəsinə dair tələblər:

  • Təhsil: müvafiq sahə üzrə ali təhsil;
  • İş təcrübəsi: müvafiq sahə üzrə 1 il iş təcrübəsi.

Digər Məlumatlar:

  • Tibbi sığorta: təmin edilir;
  • İş yerinə çatdırılma: təmin edilmir;
  • Son müraciət tarixi: 02.11.2026

Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az elektron poçt ünvanına müraciət ünvanlaya bilərlər. 

 

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.