Nəzəri tədris üzrə mütəxəssis (BOSİET təlimlərinin tədrisi üzrə)
Date: 21 okt 2026
Location: 51117, AZ, AZ
Company: SOCAR
SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi nəzəri tədris üzrə mütəxəssis (BOSİET təlimlərinin tədrisi üzrə) vəzifəsinə əməkdaş axtarır
Vəzifə haqqında məlumatlar:
Müəssisə: SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi
Struktur vahidi: Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi
Vəzifənin adı: nəzəri tədris üzrə mütəxəssis (BOSİET təlimlərinin tədrisi üzrə)
Dərəcə: 15
Vəzifənin standarta uyğun olaraq icra etdiyi funksiyalar :
- Müvafiq tədris kursunun materiallarının toplanması;
- Toplanmış materialların Təlim mərkəzinin rəhbərliyi ilə müzakirəsi və razılaşdırılması;
- Tədris plan və proqramlarının tərtib edilməsi;
- Tədris proqramına uyğun metodiki vəsaitlərin hazırlanmasının həyata keçirilməsi;
- Keçiriləcək təlim kursunun cədvəlinə əsasən mövzu təqvim planının layihəsinin hazırlanması;
- Tədris plan və proqramına uyğun nəzəri və praktiki kursların tədris edilməsi;
- Təlim zamanı «Nəzəri və praktiki dərslərin qeydiyyatı jurnalı»nda müvafiq qeydlərin aparılması;
- Təlim kursu keçən dinləyicilərin nizam-intizam və təhlükəsizlik qaydalarına rəayət etmələrinə nəzarət olunması;
- OPİTO standartlarının tələblərinə uyğun (BOSİET, HUET, FOET) kurslarda tədris plan və proqramına uyğun olaraq müvafiq mövzu üzrə dərslərin keçirilməsi:
- Tədris plan və proqramına uyğun nəzəri və praktiki dərslərin keçirilməsi;
- Yangınsöndürənin döyüş paltarının geyinmə qaydalarının dinləyicilərə praktiki olaraq öyrədilməsi;
- Dinləyicilərə xüsusi nəfəsalma aparatının yoxlanılması və istifadə qaydalarının praktiki olaraq öyrədilməsi;
- Dinləyicilər arasında qrupların bölüşdürülməsi və qrupdaxili vəzifə bölgüsünün müəyyən edilməsi;
- Dinləyiciləri vəzifə bölgüsünə əsasən müvafiq ləvazimatlarla təchizatının təmin edilməsi;
- Dinləyicilərə qaranlıq, tüstü olan qapalı şəraitdə davranmaq qaydalarının praktiki olaraq öyrədilməsi;
- Dinləyicilərə açıq sahələrdə yanğınla mübarizənin metod və üsulları, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarının öyrədilməsi;
- Verilmiş tapşırıqların icrasına əsasən dinləyicilərin qiymətləndirilməsi.
- Keçirilən təlim kursuna uyğun keçirilən mövzular üzrə imtahan suallarının hazırlanması;
- Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi;
- İş bölgüsü üzrə nəzərdə tutulan işlərin icrasının təmin edilməsi;
- Lazımi uçot və hesabat xarakterli sənədləşdirmənin tərtib edilməsi;
- İşin səmərəli təşkili üçün rəhbərliyə mütəmadi olaraq məlumat;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat və əmək intizamı, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etmək.
Sahə üzrə tələb olunan digər funksiyalar:
- Təlim və tədrisin keyfiyyətinin artırılması və inkişaf istiqamətində işlər görmək və təkliflər irəli sürmək, inkişaf edən texnologiyaların yeniliklərini nəzərə alaraq tədrisin maddi texniki bazasını inkişaf etdirmək;
- Yeni texnoloji proseslərin işlənib hazırlanmasında və mövcud istehsalat rejiminin, həmçinin istehsalat qrafikinin təkmilləşdirilməsində iştirak etmək;
- Qabaqcıl təcrübənin, yaradıcı təşəbbüsün inkişafına, səməriləşdirici təkliflərin və ixtiraların tətbiqinə kömək etmək;
- Texniki cəhətdən əsaslandırılmış norma və normalaşdırılmış tapşırıqların tətbiqini həyata keçirmək;
- Əlverişli əmək şəraitinin yaradılması üçün tədbirlərin hazırlanmasında, iş vaxtından səmərəli istifadə edilməsində iştirak etmək;
Bilməlidir:
- Tədris proqramına uyğun metodiki vəsaitlərin hazırlanmasının həyata keçirilməsi;
- Tədris plan və proqramına uyğun praktiki kursların tədris edilməsi;
- Təlim kursu keçən dinləyicilərin nizam-intizam və təhlükəsizlik qaydalarına rəiyət etmələrinə nəzarət olunması;
- Dənizdə neft-qaz hasilatı üzrə mütəxəssis hazırlığı təşkilatının (OPITO) BOSİET təlimi üzrə standartının tələblərini;
- OPITO standartlarının tələblərinə uyğun “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim” (BOSİET) kursunun tədrisini və paraktiki təliminin keçirilməsini;
- Dəniz obyektlərində təhlükələr və ona nəzarət prinsiplərini, təhlükəsizliyin idarə edilməsi və tənzimlənməsi qaydalarını;
- Helikopterdə və helikopterlə səyahət zamanı təhlükəsizlik qaydalarını;
- Helikopterdə fövqəladə vəziyyətlərdə xilasolma üsullarına dair standartlarını;
- Dənizdə insan həyatının xilas edilməsi prinsiplərini və təxliyə yollarını;
- Qəza zamanı və ümumi fövqəladə vəziyyətlərdə ilk tibbi yardım qaydalarını;
- Dənizdə yanğınla mübarizə və özü-özünü xilasetmə normalarını;
- “LAP Təlim Jiletinə Ümumi Texniki Qulluq”;
- “MK50 Təlim Jiletinə Ümumi Texniki Qulluq”;
- Fəaliyyət sahəsinə aid, Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını və normativ aktlarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Vakansiya tələbinə uyğun təlimlər:
- Təlimçiyə təlim sertifikatı;
- “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim (BOSİET)” sertifikatı;
- “Üzgüçülük” sertifikatı;
- “Hovuzda xilasetmə” sertifikatı;
- BOSİET təliminin tədrisi üzrə vakansiyanın tələbinə uyğun sertifikatları olmalıdır;
- MS office tətbiqlərinin istifadə təcrübəsi (Power Point, Word, Outlook, Excel);
- Ümumi və texniki ingilis dili - əla; rus dili - orta;
- “Dənizdə qəza halları və təhlükəsizliyin əsasları” üzrə sertifikat;
- Üzgüçülük qabiliyyəti və buna dair rəsmi sənədi olmalıdır.
Vəzifə üzrə işə qəbul tələbləri:
- Bakalavr təhsili (Neft-qaz mühəndisliyi, Mülki Dənizçilik və ya əlaqəli sahələr üzrə);
- Minimum 4 il iş təcrübəsi (mütəxəssis vəzifələrində);
- Detallara diqqət, güclü ünsiyyət və təqdimat bacarıqları;
- Məsuliyyətlilik, icra intizamı və komandada işləmək bacarığı.
Güzəştlər və imtiyazlar:
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları.
İş yeri: Səbail rayonu Salyan şossesi 23
Son müraciət tarixi: 25.10.2026