Matros
Date: 29 okt 2026
Location: 51117, AZ, AZ
Company: SOCAR
Vakansiyanın təsviri 1 saylı tikinti quraşdırma sahəsi (6 saylı TQB)
ÜMUMİ MƏLUMATLAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir.
Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcək.
Müəssisə: SOCAR, Neftqaztikinti tresti
Struktur vahidi: 1 saylı tikinti quraşdırma sahəsi (6 saylı TQB)
Kateqoriya: İxtisaslı fəhlə
Vəzifənin adı: İkinci dərəcəli matros
Dərəcə: 5
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
Gəmidə (barja, kərəcə) təmizlik işlərinin aparılması və səliqə-səhmanın yaradılması
1.Qrafikə əsasən gəmi hərəkətdə olduğu zaman körpücükdə, gəmi limanda dayanan zaman isə nərdivanın yanında növbə çəkilməsi.
2.Gəmi (barja, kərəcə) işlərində və gövdə hissəsinə texniki xidmətdə iştirak edilməsi (gəminin yüksək yerləri və bortun kənar hissəsi daxil olmaqla).
3.Yük qurğularının və anbarların yük əməliyyatlarına hazırlanmasında iştirak edilməsi. 4.Mexaniki və hidravlik ötürücülərlə təchiz edilmiş yük anbarlarının açılması və bağlanması. 5.Şturman və sükan otaqlarının təmizliyinin təmin edilməsi.
6.Siqnal bayraqlarının və işarələrinin, əl lotlarının (dərinliyi ölçən cihazların) və əl duman şeypurunun etibarlı saxlanılması.
7.Göyərtənin və gəmi otaqlarının təmizlənməsi.
8.Gəminin yanalma əməliyyatında iştirak edilməsi (gəminin yanalma və aralanma zamanı kəndirlərin sonluqlarının yanalma meydançalarına verilməsi və oradan açılması).
9.Növbə ərzində gəminin stasionar radioqəbuledicilərinin dinlənilməsi, sahildən verilən göstərişlərin gəminin növbə şturmanına (kapitanın növbə köməkçisi) məruzə edilməsi.
KVALİFİKASİYA TƏLƏBLƏRİ:
- Peşə təhsili (Dənizçilik sahəsi üzrə)
- 1 il müvafiq sahə üzrə iş təcrübəsi tələb olunur.
- VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:
Üzmə bacarığı haqqında sənəd
Dürüstlük
Etik davranış
Barjın (özüyeriməyən və ya yedəyə alınan gəmi, kərəcə) istismarı
Fəaliyyəti tənzimləyən daxili normativ sənədlər
Dəniz nəqliyyatı vasitələrinə texniki xidmət
ƏMƏK HAQQI MƏLUMATLARI:
- Əmək haqqı: 3.11 azn saatlıq
- Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 20 azn yemək xərci ödənilir
- 50 faiz dəniz əmsalı ödənilir.
DİGƏR MƏLUMATLAR:
- Tibbi sığorta: Təmin edilir
İş yerinə çatdırılma: Nəqliyyat vasitəsilə iş yerinə gediş təmin edilir.
İş rejimi: Növbəli iş rejimi (15 gün)
Elanın bitmə tarixi: 02.11.2026
Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər aynur.rzayeva@socar.az emailinə və 050 842 51 54 mob.nömrəsinə müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.