Böyük hüquq məsləhətçisi
Date: 21 okt 2026
Location: 51117, AZ, AZ
Company: SOCAR
Uzun Təsvir
SOCAR Baş ofis, Hüquq və Uyğunluq Seqmenti üzrə Uyğunluq Departamentində böyük hüquq məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
-
SOCAR-ın əməliyyatlarının rəqabət qanunvericiliyinin tələblərinə uyğunluğunun təmin edilməsinə dəstək göstərmək və bu sahədə araşdırmalarda iştirak etmək;
-
Şirkətin fəaliyyətini, biznes proseslərini və müqavilə münasibətlərini fərdi məlumatların mühafizəsi və məxfilik tələblərinə uyğunluq baxımından nəzərdən keçirmək, müvafiq tövsiyələr vermək;
-
SOCAR-ın və xidmət təminatçılarının lisenziyalar və icazələr haqqında qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaq və bu istiqamətdə müvafiq tədbirlər görmək;
-
Şirkətin iştirak etdiyi əməliyyatlarla bağlı müqavilələri uyğunluq baxımından qiymətləndirmək, müvafiq müddəaları hazırlamaq və bu müddəalar üzrə danışıqlarda iştirak etmək;
- Tətbiq olunan yerli və beynəlxalq qanunvericilikdə, uyğunluq standartlarında, rəqabət/antiinhisar qanunvericiliyində və sanksiya tənzimləmələrində baş verən dəyişiklikləri izləmək, onların mövcud uyğunluq proqramına təsirini qiymətləndirmək, daxili qayda, təlimat və prosedurların təkmilləşdirilməsinə dair təklif və hesabatlar hazırlamaq;
-
Törəmə müəssisələrdən daxil olan məlumatları təhlil etmək və milli qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsini izləmək;
-
Daxili uyğunluq siyasət və prosedurlarının hazırlanmasında və yenilənməsində iştirak etmək, onları əməkdaşlara çatdırmaq, sorğuları cavablandırmaq və müvafiq təlimlərin keçirilməsinə dəstək göstərmək;
-
Uyğunluq pozuntuları və riskləri ilə bağlı məlumatları toplamaq və hesabatlar hazırlamaq, risklərin azaldılması üzrə tədbirlər təklif etmək və onların icrasına nəzarət etmək.
Namizədə tələblər:
-
Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi (Biznesin idarə edilməsi, maliyyə, satınalma, etika və korrupsiyaya qarşı mübarizə sahələrində magistr dərəcəsinin olması üstünlükdür);
-
Uyğunluq sahəsində mütəxəssis kimi 5 il iş təcrübəsi;
-
Rəqabət/antiinhisar hüququ və tənzimləyici uyğunluq, fərdi məlumatların mühafizəsi və məxfilik, lisenziya və icazələrin alınması, kompleks yoxlamaların (due diligence/KYC) aparılması, eləcə də qanunvericilik, məhkəmə təcrübəsi və tənzimləyici dəyişikliklərin monitorinqi üzrə təcrübə üstünlükdür;
-
Azərbaycan Respublikasının lisenziyalaşdırma, rəqabət/antiinhisar və fərdi məlumatların mühafizəsi sahəsində qanunvericiliyi üzrə biliklər;
-
Satınalma, əqli mülkiyyət və əmtəə nişanları üzrə qanunvericilik barədə biliklərin olması üstünlükdür;
-
MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
-
Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı;
-
Rus dili biliyi üstünlükdür;
-
Yüksək iş etikası, güclü analitik düşüncə, problem həll etmə, ünsiyyət və komandada işləmək bacarıqları;
-
Rəqabət/antiinhisar hüququ, fərdi məlumatların mühafizəsi və sanksiyalara uyğunluq sahələrində beynəlxalq səviyyədə tanınan sertifikatların olması üstünlükdür.
Biz nə təklif edirik?
-
Peşəkar iş mühiti;
-
Peşəkar inkişaf və karyera imkanları;
-
Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;
-
SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;
-
Nəqliyyat xidmətləri.
İş yeri: SOCAR Tower, H. Əliyev prospekti 121, Bakı, Azərbaycan
Son müraciət tarixi: 28.10.2026