Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər (Şərur rayonu)
Date: 13 okt 2026
Location: 51090, AZ, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
Vakansiyanın təsviri:
Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Naxçıvan Regional Qaz İstismarı İdarəsi
Struktur vahidi: Şərur rayonu üzrə Sayğac əməliyyatları xidməti
Vəzifənin adı: Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər
Dərəcə (ƏÖD): 04
Saatlıq əmək haqqı: 3.84 AZN (vergi və digər ödənişlər daxil olmaqla)
Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
İş yerinin ünvanı: Şərur rayonu
Vəzifə funksiyaları
- Planlı və növbədənkənar sayğac əvəzləmə işlərini, o cümlədən yararsız, işləməyən, müdaxilə və müraciət əsasında sayğacların əvəzlənməsi və ya çıxarılmasını həyata keçirmək;
- Sayğaclara və nəzarət-ölçü cihazlarına texniki baxış keçirmək, aşkar edilmiş qüsurların qeydiyyatını aparmaq, cihazların təmiri, nizamlanması, sınağı, yustirlənməsi, quraşdırılması və təhvil verilməsini həyata keçirmək, həmçinin göstəriciləri toplayan və məsafəyə ötürən mexanizmi olan avtomatik tənzimləmə qurğularının quraşdırılmasını təmin etmək;
- Cihazların işində yaranan qüsurları aşkar etmək və aradan qaldırmaq, texniki baxışların nəticələrinə əsasən zəruri tədbirləri həyata keçirmək;
- Xidmət göstərdiyi inzibati ərazidə müəyyən edilmiş müddətlərdə istehlakçıların sayğac göstəricilərini aylıq olaraq qeydiyyata almaq, məlumatları aidiyyəti üzrə təqdim etmək və abonentlərə kağız və SMS bildirişlər təqdim etmək;
- Aşağı təzyiqli qaz şəbəkəsinə və üzərində olan avadanlıqlara dislokasiya marşrutu üzrə plana uyğun və plandan kənar texniki baxışlar keçirmək, baxışların nəticələrinə əsasən qaz sızmalarının qarşısını almaq, qaynaq tələb olunan sızmalar barədə məlumatları müvafiq komandaya təqdim etmək;
- Qaynaqla qaz kəsimi prosesində iştirak etmək və xidmət göstərdiyi ərazidə qaz xətlərinə, qaz sayğaclarına, qaz cihazlarına və digər avadanlıqlara bütün növ qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görmək;
- Qaz xətlərinn, qaz sayğaclarının və qaz cihazlarının özbaşına çəkilməsi, yerinin dəyişdirilməsi, təmiri, əlavə qaz cihazlarının quraşdırılması və digər qanunsuz müdaxilələr aşkar edildikdə, dərhal xidmət rəhbərliyinə və 104 nömrəli telefon xəttinə operativ məlumat vermək;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, sanitariya-gigiyena və yanğından mühafizə norma və qaydalarına riayət etmək, görülən işlər zamanı təhlükəsizlik tələblərini təmin etmək;
- Abonentlərə xidmət göstərərkən mülayim, səmimi və etik davranış qaydalarına riayət etmək.
Bilməlidir:
- Mexanizmlərin, məişət və sənaye qaz cihazlarının, avtomatik mənzil və sənaye qızdırıcı sobaların, yemək bişirən peçlərin təmiri və texniki istismar qaydalarını;
- Qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı qaydalarını;
- Qaz şəbəkələri və kommunikasiyaların yerləşdirilməsi sxemini;
- Qaz şəbəkələrinin təhlükəsiz istifadəsi və düzgün quraşdırılmasına nəzarət qaydalarını;
- Qaz xətlərinə bilərziklərin quraşdırılması üsullarını;
- Qaz ötürücülərinin istismarı və quraşdırılmasının texniki şərtlərini;
- “Təbii qazdan istifadə Qaydaları”nı, “Qazdan təhlükəsiz istifadə qaydaları”na dair təlimatı;
- İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını.
Təhsil və iş təcrübəsinə dair tələblər:
- Təhsil: tam orta təhsil;
- İş təcrübəsi: tələb edilmir.
- Əmək fəaliyyəti dövründə stajkeçmə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.
Digər məlumatlar:
- Tibbi sığorta: təmin edilir;
- İş yerinə çatdırılma: təmin edilmir.
- Son müraciət tarixi: 17.10.2026.
- Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az emailinə müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.