Qaz təsərrüfatının nəzarətçisi (Şəki rayonu)

Date: 27 noy 2026

Location: Şəki, Şəki, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

Vakansiyanın təsviri:

Vakansiya haqqında məlumatlar:

Müəssisə:SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Zaqatala Regional Qaz İstismarı İdarəsi

Struktur vahidi: Şəki rayonu üzrə Müayinə və istismara qəbul xidməti

Vəzifənin adı: qaz təsərrüfatının nəzarətçisi

Dərəcə:(ƏÖD) 05

Saatlıq əmək haqqı: 4.33 AZN (vergi və digər ödənişlər daxil olmaqla)

Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.

İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə  40 saat)

İş yerinin ünvanı: Şəki şəhəri, Oğuz şossesi 

Vəzifə funksiyalarıı:

  • Qaz kəmərləri, qaz qurğuları, qaz cihazları, tüstü bacaları və havalandırma sistemlərinin texniki müayinəsini həyata keçirmək və istismar yararlılığını qiymətləndirmək;
  • Qaz təchizatı sistemində təhlükəli zonaları, texniki nasazlıqları, korroziya və qəza risklərini müəyyən etmək və müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirmək;
  • Qaz cihaz və avadanlıqlarının sertifikatlı, standartlara uyğun və təhlükəsiz istismar vəziyyətində olmasını yoxlamaq;
  • Təhlükəli, qeyri-standart və ya müayinədən keçməmiş qaz avadanlıqlarını müəyyən edilmiş qaydada qaz şəbəkəsindən ayırmaq və aidiyyəti üzrə məlumat vermək;
  • İstehlakçıların illik texniki müayinəsini, təkrar müayinələri və müayinə ilə bağlı müraciətləri müəyyən edilmiş müddət və qaydalara uyğun həyata keçirmək;
  • Müayinə nəticələrini aktlaşdırmaq, aşkar edilmiş nöqsanları və tələb olunan texniki xidmət növünü qeyd etmək, sənədləri aidiyyəti üzrə təqdim etmək və məlumatların uçotunu təmin etmək;
  • Qanunsuz qoşulma, müdaxilə və icazəsiz qaz xətti və cihaz dəyişikliklərini aşkar etmək, müvafiq aktları tərtib etmək və müəyyən edilmiş tədbirləri həyata keçirmək;
  • İstehlakçılarla qazın alqı-satqısı müqavilələrinin bağlanması və müddəti bitmiş müqavilələrin yenilənməsi prosesində iştirak etmək;
  • Təhlükə və qəza hallarında qaz təchizatını dayandırmaq, ilkin təhlükəsizlik tədbirlərini həyata keçirmək və qəza xidmətinə məlumat vermək;
  • Abonentlərə qazdan təhlükəsiz istifadə qaydaları üzrə ilkin və təkrar təlimat vermək;
  • Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi, sanitariya-gigiyena və digər müəyyən edilmiş normativ tələblərə riayət etmək.

 

Bilməlidir:

  • Qaz təchizatı haqqında Azərbaycan Respublikasının qanununu;
  • Qazdan istifadə Qaydalarını; 
  • Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarını;
  • Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələbləri;
  • Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələbləri;
  • Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını;
  • Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydasını;
  • Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası;
  • Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydasını.
  • Qaz itkilərinin növlərini, onun yaranma səbəblərini və aradan qaldırılması yollarını;
  • Görülən işlərin texnoloji prosesini;
  • Avadanlığın texniki istismar və onlara xidmət qaydalarını;
  • İstifadə edilən alət və inventarları;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını, həmçinin sanitariya-gigiyena norma və qaydalarını;
  • Yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülməsi üsullarını;
  • İstehsalat və əmək intizamı qaydalarını.

Təhsil və iş təcrübəsinə dair tələblər:

  • Təhsil: Tam orta təhsil.
  • İş təcrübəsi: Tələb olunan iş stajı yoxdur
  • Əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur

Digər məlumatlar:

  • Tibbi sığorta: Təmin edilir;
  • İş yerinə çatdırılma:Təmin edilmir.
  • Son müraciət tarixi: 01.12.2026
  • Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər hr.azerigas@socar.az emailinə müraciət ünvanlaya bilərlər.

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.